ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) müşahidə missiyasının Azərbaycanda prezident seçkiləri ilə bağlı ilkin hesabatı qərəzli və obyektivlikdən uzaqdır. Bu barədə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bəyan edib.
“ATƏT məmurlarının bu cür məsuliyyətsiz bəyanatları, əlbəttə ki, təşkilatın nüfuzuna birbaşa zərbə vurur”, - deyə Ə.Həsənov “Lider” telekanalına bildirib.
Bununla yanaşı, Prezident Administrasiyasının nümayəndəsi qeyd edib ki, ATƏT-in Azərbaycanda seçkilərlə bağlı bu cür mövqeyi bu qurumun ayrı-ayrı məmurlarının mövqeyini əks etdirmir. “Gələcəkdə biz bu qurumla münasibətləri davam etdirəcəyik və təşkilatın müvafiq öhdəliklərimizə dair tövsiyələrini nəzərə alacağıq. Lakin heç kim, o cümlədən də Azərbaycanın üzv olduğu ATƏT öz şərtlərini diktə edə bilməz. Azərbaycan müstəqil dövlətdir”, - deyə Ə.Həsənov vurğulayıb.
Xatırladaq ki, bir gün öncə ATƏT-in DTİHB-nin müşahidə missiyası çərşənbə günü Azərbaycanda keçirilmiş prezident seçkilərini tənqid edib.
Ə.Həsənov qeyd edib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyasının seçkilərdə pozuntulara yol verilməsi ilə bağlı rəyi ciddi faktlara deyil, yalnız müxalifətin yaydığı yalan informasiyalara söykənir.
Onun sözlərinə görə, seçkilərə dəvət edilmiş bütün müşahidə missiyalarına səsvermə prosesini hərtərəfli izləmək üçün şərait yaradılıb.
Prezident Administrasıyasının şöbə müdiri qeyd edib ki, əksər beyəlxalq müşahidəçilər prosesin gedişinə və səsvermənin yekunlarına prinsipial, obyektiv qiymət verərək seçkilərin azad, şəffaf və ədalətli şəraitdə keçirildiyini bəyan ediblər. Yalnız ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyasının yaydığı yekun rəy digər müşahidə qrupları ilə üst-üstə düşmür.
Ə.Həsənovun bəyan etdiyi kimi, rəsmi Bakı hesab edir ki, hansı beynəlxalq təşkilatın bu prosesə necə münasibət bəsləməsindən asılı olmayaraq, onun rəyi seçilmiş şəxsin legitmliyinə xələl gətirmir.
Onun sözlərinə görə, Azərbaycan tərəfi ATƏT-in DTİHB-nin hesabatı ilə əlaqədar təəssüfünü bildirir.
“Biz bununla əlaqədar təəssüf edirik və düşünürük ki, bu institut tərəfindən səslənən bəyanat ATƏT-in bəyanatı kimi qiymətləndirmək lazım deyil. Bu ATƏT-in ümumi qərarı kimi qəbul edilə bilməz”, - deyə Ə.Həsənov qeyd edib.
O vurğulayıb ki, yalnız ATƏT-in DTİHB-nin hesabatı əsasında Azərbaycanda seçkilərlə bağlı rəy bildirilməsi heç bir dövlət, sturktur və təşkilata şərəf gətirmir.
“Bəzi ölkələrin, o cümlədən ABŞ-ın müxalifətin seçki proseslərini tam əks etdirməyən yalan məlumatlarına əsaslanan, qabaqcadan hazırlanmış və obyektivlikdən uzaq olan uydurmalara söykənərək seçkilərə müəyyən qiymət vermələri təəssüf doğurur”, - deyə Ə.Həsənov qeyd edib.
Onun sözlərinə görə, ATƏT DTİHB-nin hesabatı nəinki Azərbayan seçicisinin iradəsinə hörmətsizlik, həmçinin ATƏT-in üzv ölkələr qarşısındakı tərəfsizlik, obyektivlik kimi öhdəliklərinə də ziddir.
“ATƏT DTİHB-nin nümayiş etdirdiyi bu qərəzli mövqedən sonra Azərbaycan bu qurumla əməkdaşlığa yenidən baxa bilər”, - deyə “Lider” telekanalı Ə.Həsənova istinadən bildirir.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət