Azərbaycanın Rusiyadaki səfirliyi Moskvanın Biryulevo rayonunda Yeqor Şerbakovun qətlində şübhəli bilinən Orxan Zeynalovun hüquqlarının pozulması ilə əlaqədar Rusiyanın Xarici İşlər Nazirliyinə nota təqdim edib. Bu barədə Azərbaycan XİN-in mətbuat katibi cümə axşamı mətbuat konfransında bəyan edib.
“Orxan Zeynalovun kobud şəkildə saxlanılması və onunla davranış, məhkəmənin qərarı olmadan onun təqsirli bilinərək «cinayətkar» adlandırılması təqsirsizlik prezumpsiyasına dair müddəanın pozulmasıdır”, - deyə E.Abdullayev bildirib.
Onun sözlərinə görə, Azərbaycan tərəfi O.Zeynalova lazımi hüquqi dəstək göstərməyə hazırdır. Bununla əlaqədar respublikanın Rusiyadakı səfirliyinə müvafiq göstərişlər verilib.
E.Abdullayev rəsmi Bakı adından həlak olan E.Şerbakovun ailəsinə başsağlığı verib.
“Məişət zəminində baş verən hadisəyə siyasi don geydirilməsi faktı təəssüf doğurur”, - deyə Azərbaycan XİN-in mətbuat katibi vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan tərəfi O.Zeynalova qarşı kobud münasibət, xüsusilə onun kobud şəkildə saxlanması, məhkəmə hökmü çıxarılmadan və məhkəmə qaydası ilə qətlin törədilməsində təqsiri sübut edilmədən kütləvi informasiya vasitələrində “cinayətkar” sözünün işlənməsi ilə əlaqədar təəssüfünü bildirir.
Azərbaycan XİN-in mətbuat katibi məlumat verib ki, ölkənin Rusiyadakı səfirliyi həmçinin Azərbaycan vətəndaşı Ruslan Qaraxanlının qətli ilə də əlaqədar müvafiq tədbirlər həyata keçirir.
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
«Nar» Azərbaycanın bölgələrində İKT peşəkarlarını hazırlayır
Bakcell-in ölkə miqyaslı rebrendinq tədbiri Laçında yekunlaşdı
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət