Müxalifyönlü “Azadlıq” qəzeti təxribatçı hərəkətləri ilə ictimai rəyə təsir göstərməyə cəhd edərək heç bir əsası olmayan yalan informasiya yaymaqla məşğuldur. Belə bəyanatla “Rəy” Monitorinq Mərkəzinin məsləhətçisi, fəlsəfə elmləri namizədi, sosioloq Əli Əliyev çıxış edib.
“Oktyabrın 8-də “Azadlıq “qəzetinin saytında "Facebook" sosial şəbəkəsinə istinadən dərc edilmiş materialda deyilir ki, prezident seçkilərinin keçirilməsinə 20 gün qalmış Amerikanın Gallup və CNN sosioloji agentlikləri tərəfindən keçirilən sosial sorğuların nəticələrinə əsasən, Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin reytinqi İlham Əliyevin reytinqini bir xeyli qabaqlayır”, - deyə Ə.Əliyev çərşənbə günü mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, “Azadlıq” qəzetinin saytında dərc edilmiş məlumatda Gallup və СNN-in dünyada ən məşhur "sosioloji agentliklər" olduğu qeyd olunub. Bununla yanaşı, o qeyd edib ki, bu məlumat “Azadlıq” qəzetinin çap variantında dərc olunmayıb.
“Bütün bunlar məqalə müəlliflərinin səriştəsizliyini açıq şəkildə nümayiş etdirirdi. Axı hamıya yaxşı məlumdur ki, CNN dünyada məşhur xəbər agentliyidir. Bundan başqa, mən məktubla Gallup agentliyinə müraciət etdim və aldığım cavabda bu təşkilatın son zamanlar Azərbaycanda sorğu keçirmədiyi bildirilib”, - deyə Ə.Əliyev qeyd edib.
Sosioloq qeyd edib ki, İlham Əliyev 2013-cü il oktyabrın 9-da keçirilən prezident seçkilərində Azərbaycan xalqının öz azad iradəsini ifadə etməsi nəticəsində prezident seçilib.
“Sentyabrın 22-də “Rəy” sosioloji mərkəzi keçirdiyi sorğunun nəticələrini açıqlayıb. Nəticələrə əsasən, indiki dövlət başçısı İ.Əliyevin reytinqi 81,2% təşkil edib. Bu məlumatları daha sonra CNN yayıb. Seçkilərə bir həftə qalmış Amerikanın “Arthur J. Finkelstein & Associates” sosioloji agentliyinin keçirdiyi sorğunun nəticələri göstərdi ki, İ.Əliyevin reytinqi 90% təşkil edir. İctimai rəyin öyrənilməsi üzrə Avropa Mərkəzinin keçirdiyi sorğunun nəticələri göstərdi ki, Azərbaycanın indiki dövlət başçısı İlham Əliyevin reytinqi 88% təşkil edir. Seçkilərdən sonra Mərkəzi Seçki Komissiyası (MSK) səsvermənin nəticələrini açıqladı. Nəticələrə əsasən, İ.Əliyev 84,54% səs toplayıb. “Bütün bunlar göstərir ki, Azərbaycan prezidenti həqiqətən də xalqın öz azad iradəsini ifadə etməsi nəticəsində seçilib. Qanun pozuntuları olub, lakin onlar seçkilərin nəticəsinə heç bir təsir göstərməyib”, - deyə Ə.Əliyev bildirib.
““Azadlıq” qəzetinə gəlincə, bu, sadəcə onların üslubudur. Bu qəzet qeyri-peşəkarlığı, qeyri-obyektivliyi, təxribatçılığı xarakterizə edir”, - deyə o vurğulayıb.
Sosioloqun sözlərinə görə, 2003-cü ildə prezident seçkiləri keçirilərkən də analoji hallar baş vermişdi. O zaman “ADAM” təşkilatı keçirdiyi “exit-poll”un nəticələrinə əsasən, müxalifyönümlü Müsavat Partiyasının lideri İsa Qəmbərin qələbə qazanması barədə məlumat yaymışdı.
“Seçkilər keçiriləndən bir neçə gün sonra mən “ADAM” təşkilatının hesabatına baxdım və orada çoxlu nöqsanlar tapdım. Hesabatda göstərilirdi ki, “exit-poll” 200 seçki məntəqəsində hər üç seçicidən biri və ya 2000-dən çox seçici arasında keçirilib. Belə çıxırdı ki, sözügedən seçki məntəqələrində 7500 seçici və ya hər seçki məntəqəsində 37 seçici iştirak edib. Əslində isə seçkilərdə iştirak etmiş seçicilərin orta sayı hər seçki məntəqəsində təxminən 870 nəfər təşkil etməliydi. “ADAM” təşkilatının məlumatına görə isə seçkilərdə seçicilərin iştirak səviyyəsi 4,5% təşkil edib”, - deyə Ə.Əliyev bildirib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət