Azərbaycan heç kimdən qorxmur və ölkəyə təzyiq göstərmək cəhdlərinə baxmayaraq, gələcəkdə müstəqil xarici siyasətini yürütməkdə davam edəcək. Bu barədə Milli Məclisin deputatları çərşənbə axşamı parlamentin plenar iclasında bəyan ediblər.
“Azərbaycan müstəqil daxili və xarici siyasət yürüdən demokratik dövlətdir. Azərbaycanın və burada keçirilən seçkilərin tənqidi ölkəmizə təzyiq göstərmək cəhdidir”, - deyə Milli Məclisin spikeri Oqtay Əsədov bildirib.
“İnterfaks-Azərbaycan” agentliyinin parlament müxbirinin məlumatına görə, Milli Məclisin sədri Azərbaycanın ünvanına çıxış edən müxtəlif beynəlxalq təşkilatların tənqidinə öz münasibətini bildirib.
“Avronest Parlament Assambleyası yaradılarkən Azərbaycan bu institutun yaradılmasının təşəbbüskarlarından biri olub. Azərbaycan Avropa İttifaqının üzvü deyil, Avronest PA-nın yaradılmasının təşəbbüskarı kimi çıxış edərkən və ya üzv olarkən Bakı “Şərq tərəfdaşlığı” proqramı vasitəsilə Aİ ilə əməkdaşlıq etmək niyyətində olub”, - deyə O.Əsədov vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan Aİ-nin üzvü olmayan ilk dövlətdir ki, burada Avronest PA-nın tədbiri keçirilib.
“Lakin son hadisələr göstərdi ki, Avronest PA üzərinə qoyulan missiyanı icra etmir”, - deyə Milli Məclisin spikeri Azərbaycan tərəfinin Bakının Avronest PA-da fəaliyyətinin dayandırılması barədə qərarını şərh edərkən qeyd edib.
Parlamentin sədri, həmçinin Azərbaycanda prezident seçkilərinin keçirilməsi ərəfəsində Avropa Parlamentinin bir qrup deputatı tərəfindən qəbul edilmiş qətnamə ilə əlaqədar təəssüfünü bildirib.
O.Əsədov ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunu (DTİHB) ölkələrə təzyiq göstərmək və qərəzli maraqlarını lobbiləşdirmək məqsədilə müəyyən qüvvələrin əlində siyasi alətdir.
“ATƏT DTİHB bu və ya digər məsələni süni şəkildə şişirtmək məqsədilə hansısa ölkədə baş verən prosesləri ləkələmək və yaxud əksinə, müsbət proseslərin əhəmiyətini azaltmaq üçün istifadə olunur. Gələcəkdə seçkiləri müşahidə etmək üçün ATƏT DTİHB-nin dəvət edilib-edilməməsi məsələsi üzərində yaxşı-yaxşı düşünməliyik. Axı bəzi ölkələr bu təşkilatı saymır və onu seçkilərin monitorinqinə buraxmır”, - deyə parlamentin spikeri qeyd edib.
Milli Məclisin spikeri vurğulayıb ki, Azərbaycan xalqı öz prezidentini seçib və ölkə müstəqil inkişaf yolunu davam etdirir.
“Bu gün bəzi dairələr bəyan edirlər ki, Azərbaycan keçiriln prezident seçkilərindən sonra xarici siyasət kursunu dəyişmək niyyətindədir. Bu bəyanatlar həqiqətə uyğun deyil”, - deyə deputat Zahid Oruc bildirib.
Onun sözlərinə görə, Azərbaycan xalqı prezident seçkilərində öz iradəsini azad ifadə edib və bəzi beynəlxalq təşkilatlar tərəfindən səslənən mənfi, tənqidi rəylər xalqın seçiminə təsir göstərə bilməz.
“Müxtəlif beynəlxalq təşkilatlar və anti-Azərbaycan qüvvələri tərəfindən siyasi və iqtisadi təzyiq cəhdləri qərəzli məqsədlərə nail olunmasına yönəlib. Azərbaycan xalqı bunu görür və hər şeyi gözəl başa düşür”, - deyə parlament üzvü vurğulayıb.
Onun sözlərinə görə, müxtəlif təzyiq göstərmək cəhdlərinə baxmayaraq, Azərbaycan müstəqil inkişaf xəttini davam etdirəcək.
“Biz nə Avropadan qorxur, nə də Rusiyanın himayəsi altında yaradılan hansısa təşkilata daxil olmaq niyyətindəyik”, - deyə Z.Oruc vurğulayıb.
“Azərbaycan onu və burada baş verən prosesləri daim tənqid edən bir qrup şəxsə görə heç kimlə yaxşı münasibətləri pozmaq fikrində deyil”, - deyə deputat Fərəc Quliyev bəyan edib.
Parlament üzvü vurğulayıb ki, Azərbaycan bundan sonra da qərbə inteqrasiyanı davam etdirəcək.
Hakim Yeni Azərbaycan Partiyasından olan deputat Siyavuş Novruzov oktyabrın 9-da Azərbaycanda keçirilən prezident seçkilərini tənqid edən ATƏT DTİHB-ni tənqid edib.
“ATƏT DTİHB hər zaman anti-Azərbaycan mövqeyini namayiş etdirir. Qanunvericilik bazasının təkmilləşdirilməsi məsələsi də daxil olmaqla, müzakirə etdiyimiz məsələlərdən asılı olmayaraq bu təşkilat hər zaman Azərbaycanı tənqid edir. ABŞ və Rusiya ATƏT DTİHB-ni bu ölkələrdə keçirilən seçkiləri müçahidə etməyə qoymayıb. Biz isə onları ölkədə keçirilən seçkiləri izləməyə dəvət edirik və hər zaman bu təşkilat Azərbaycanın ünvanına kəskin tənqidlə çıxış edir”, - deyə o qeyd edib.
S.Novruzov, həmçinin Azərbaycan müxalifətinin keçirdiyi aksiyalar barədə də fikrini bildirib.
“Əvvəllər müxalifət bəyan edirdi ki, ölkədə sərbəst toplaşmaq azadlığına riayət olunmur, onlara kütləvi aksiyaların keçirilməsi üçün yerlər ayrılmır. Bu gün Bakının mərkəzində bu cür aksiyaların keçirilməsi üçün şərait yaradılıb. Buna baxmayaraq, biz hər dəfə görürük ki, müxalifət söz və sərbəst toplaşma azadlığı haqqında müddəaları pozur. Müxalifət ideya və fikirlərini açıq şəkildə ifadə etmək əvəzinə ölkədə kütləvi iğtişaşlar və xaos yaratmağa cəhd edir”, - deyə deputat vurğulayıb.
S.Novruzovun fikrincə, parlament “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunu təkrar nəzərdən keçirməli və lazımi düzəlişlər etməlidir.
Deputat Aydın Mirzəzadə bildirib ki, xaricdən “Azərbaycanı İraq, Misir və ya Əfqanıstana çevirmək” cəhdləri uğurla nəticələnməyəcək.
“Azərbaycan güclü demokatik dövlətdir. Mən ölkəmizə xaricdən göstərilən təzyiqi pisləyirəm. Azərbaycan xalqının bundan sonra da demokratik cəmiyyət qurmağı davam etdirmək arzusu və iradəsini qəbul etmək lazımdır”, - deyə o vurğulayıb.
“Azərbaycanın xarici siyasətini ölkə prezidenti formalaşdırır. Onun rəhbərliyi altında hər hansı beynəlxalq təşkilata üzv olamq və ya üzvlükdən çıxmaq haqqında qərarlar qəbul edilir. Bu məsələdə heç kim Azərbaycana göstəriş verə bilməz. Kimsə qətnamələr qəbul edərək bizi Avronest PA-dan çıxmağa vadar etməyə çalışır. Lakin biz “Şərq tərəfdaşlığı” proqramı vasitəsilə Aİ ilə əməkdaşlıq yolunu seçmişik və kiminsə buyruğu ilə hər hansı təşkilata daxil olub və ya çıxmaq niyyətində deyilik”, - deyə deputat Mübariz Qurbanov bəyan edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət