Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş naziri Devid Kemeron əmindir ki, İlham Əliyevin prezidentliyinin yeni dövründə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda irəliləyişə nail olunacaq.
“Birləşmiş Krallıq münaqişənin sülh yolu ilə həllinə qəti surətdə sadiqdir. Eyni zamanda, ümidvaram ki, Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr Assosiativ Saziş və Strateji Müasirləşmə Tərəfdaşlığı vasitəsilə irəliləməkdə davam edəcək”, - deyə britaniyalı baş nazirin seçkilərdə qələbə qazanması münasibətilə İ.Əliyevə ünvanladığı təbrik məktubunda bildirilir. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Baş nazir məktubda Bakı və London arasında güclü ikitərəfli münasibətlərin genişlənməsindən məmnunluq ifadə edib.
“Azərbaycanın iqtisadi yüksəlişi böyük təəssürat bağışlayır və şadam ki, Britaniya şirkətləri bu işdə mühüm rol oynayıblar. “Şahdəniz-2” layihəsinə dair Yekun Sərmayə Qərarı ilə bu istiqamətdə işin davam etdirilməsini səmimiyyətlə arzulayıram”, - deyə D.Kemeron vurğulayıb.
O qeyd edib ki, bu qərar ilin sonunadək qəbul olunarsa, xarici işlər naziri imzalanma mərasimində iştirak etmək üçün Bakıya səfərdən məmnun olardı.
“Bu, ölkələrimiz arasında münasibətləri daha da möhkəmləndirən önəmli mərhələ olacaq”, - deyə D.Kemeron söyləyib.
“Mən, həmçinin regional təhlükəsizlik məsələlərində sizinlə davamlı surətdə sıx əməkdaşlığa sadiq olduğumu vurğulamaq istəyirəm. Azərbaycanın Əfqanıstana verdiyi töhfəyə və Birləşmiş Krallığın hərbi təyyarələrinin hava məkanınızdan istifadə etməklə bu ölkəyə uçuşlarına göstərdiyiniz davamlı dəstəyə görə sizə minnətdaram”, - deyə məktubda bildirilir.
Britaniya hökumətinin rəhbəri qeyd edib ki, Azərbaycanın müasir, inkişaf edən və dünyəvi cəmiyyət quruculuğu istiqamətində uğurları böyük təəssürat bağışlayır.
Onun sözlərinə görə, Londonda Azərbaycanın sonrakı uğurlu sosial-iqtisadi inkişafından əmindirlər.
D.Kemeron ümidvar olduğunu bildirib ki, yaxın vaxtlarda Azərbaycan prezidenti ilə yenidən görüşmək fürsəti yaranacaq.
Azərbaycanda prezident seçkiləri 9 oktyabr 2013-cü ildə keçirilib.
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
«Nar» Azərbaycanın bölgələrində İKT peşəkarlarını hazırlayır
Bakcell-in ölkə miqyaslı rebrendinq tədbiri Laçında yekunlaşdı
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət