Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 30-da Bolqarıstanın keçmiş prezidenti Georgi Pırvanovu qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
III Bakı Beynəlxalq Humanitar Forumunun ənənəvi olaraq hər il keçirildiyini vurğulayan prezident İ.Əliyev tədbirə beynəlxalq marağın ildən-ilə artdığını deyib. Azərbaycan prezidenti III Bakı Beynəlxalq Humanitar Forumunda əməkdaşlığın genişləndirilməsi ilə bağlı səmərəli müzakirələrin aparılacağına ümidvar olduğunu bildirib.
İ.Əliyevi prezident seçkilərində əldə etdiyi qələbə münasibətilə təbrik edən G.Pırvanov bu qələbəni Azərbaycan xalqının prezident İ.Əliyevin həyata keçirdiyi siyasətə verdiyi dəstəyin göstəricisi kimi dəyərləndirib. O, bundan sonra da Azərbaycanla Bolqarıstan arasında ikitərəfli münasibətlərin fəal və səmərəli şəkildə davam etdiriləcəyinə əminliyini vurğulayıb. G.Pırvanov III Bakı Beynəlxalq Humanitar Forumunda yenidən iştirakından məmnunluğunu bildirib.
Prezident İ.Əliyev G.Pırvanovun ölkələr arasında münasibətlərin inkişafına verdiyi töhfəni xüsusi qeyd edib. Dövlət başçısı ölkələr arasında dostluq və tərəfdaşlıq əlaqələrinin daha da genişləndirilməsi üçün böyük imkanların olduğunu deyib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət