Azərbaycan dünyaya özünün multikulturalizm təcrübəsini təklif edir. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev cümə axşamı III Bakı Beynəlxalq Humanitar Forumunun açılışında bəyan edib.
“Multikulturalizm Azərbaycanın dövlət siyasətidir. Eyni zamanda bu, bizim həyat tərzimizdir”, - deyə bildirən dövlət başçısı vurğulayıb ki, 21-ci əsrdə multikulturalizmə alternativ yoxdur.
“Biz istənilən formada diskriminasiyaya laqeyd qala bilmərik. Lakin əfsuslar olsun ki, biz belə fikirlər eşidirik ki, multikulturalizmin gələcəyi yoxdur”, - deyə prezident qeyd edib. Onun sözlərinə görə, əksəriyyəti çoxmillətli olan dünya ölkələri multikulturalizmi inkar edən və ya ayrı-seçkilik salanlara layiqli cavab verməlidir.
“Bu mənada Azərbaycan belə məsələlərin müsbət həlli nümunəsini təklif edir”, - deyə İ.Əliyev vurğulayıb.
Qarabağ probleminə toxunan dövlət başçısı qeyd edib ki, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında xalqımızın mədəni irsi məhv edilir. Beynəlxalq təşkilatlar işğal faktını tanıyaraq pisləyiblər, lakin əslində isə bu torpaqların Bakının nəzarəti altına qaytarılması üçün heç nə edilmir.
“Burada qərarları icra olunmayan beynəlxalq təşkilatların effektivliyi məsələsi ortaya çıxır”, - deyə prezident bildirib. Onun sözlərinə görə, bir sıra hallarda beynəlxalq təşkilatların qərarları qəbul edildikdən bir neçə saat sonra icra olunur. Azərbaycanla bağlı vəziyyətdə isə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi 20 ildən çoxdur ki, icra edilmir.
İ.Əliyev qeyd edib ki, Azərbaycan torpaqlarının işğalının davam etməsi ölkənin inkişafına güclü təsir göstərən “böyük humanitar fəlakətdir”. Buna baxmayaraq, Azərbaycan iqtisadi inkişaf templərinə görə dünyada lider mövqe tutur.
Dövlət başçısı bildirib ki, “bu gün dünya siyasətində etimad böhranı müşahidə olunur. Bəzən müttəfiqlər arasında da onun əlamətləri müşahidə edilir. Lakin etimad olmadan beynəlxalq əməkdaşlıq qurmaq mümkün deyil”.
Prezident dünyada müharibə və münaqişələrin artmasından narahatlıq ifadə edib və bildirib ki, bu cür şəraitdə humanitar sahədə qarşılıqlı əlaqələrin müzakirəsi xüsusi əhəmiyyət kəsb edir.
Onun sözlərinə görə, Azərbaycan üçün enerji resursları yalnız iqtisadi inkişafın təmin edilməsi vasitəsi olub. Gələcəkdə bu inkişaf artıq digər amillərə əsaslanacaq: müasir texnologiyalar, azad cəmiyyət və s.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət