Moskvanın Qərbi Biryulevo rayonu sakini Yeqor Şerbakovun qətlində təqsirləndirilən Azərbaycan vətəndaşı Orxan Zeynalov özünü müdafiə məqsədilə hərəkət edib. Bu barədə onun vəkili cümə günü bəyan edib.
“Şerbakov onu təhrik etdiyinə görə Zeynalov bıçaqla ona xəsarət yetirib. Orxan özünü müdafiə etmək məcburiyyətində qalıb, onu öldürmək istəməyib”, - deyə vəkil Viktor Anikuşkin bildirib.
Vəkil O.Zeynalov barəsində istintaqla razılığa dair ehtimalı istisna edib. “İstintaqla heç bir razılıq barədə söhbət getmir”, - deyə o qeyd edib.
Daha əvvəl Moskvanın Presnenski Məhkəməsi O.Zeynalovun dekabrın 10-dək həbsdə saxlanması barədə qərar qəbul edib. Vəsatətə baxıldığı zaman O.Zeynalov günahsız olduğunu deyib. Daha sonra isə ona qarşı Y.Şerbakovu qətlə yetirməsi ilə bağlı ittiham irəli sürülüb. Moskva Şəhər Məhkəməsi həbsin qanuniliyini təsdiq edib.
Oktyabrın 13-də Qərbi Biryulevo rayonunda yerli sakin Y.Şerbakovun qətli ilə əlaqədar iğtişaşlar baş verib, ticarət mərkəzi talanıb və yerli tərəvəz bazasında qarışıqlıq yaranıb. Polislə toqquşmadan sonra yüzlərlə şəxs saxlanılıb. Y.Şerbakovu öldürməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalov oktyabrın 15-də saxlanılıb.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət