Suriya İnqilabi və Müxalif Qüvvələrinin Milli Koalisiyası (SİMQMK) BMT və Ərəb Dövlətləri Liqasının (ƏDL) Suriya üzrə xüsusi nümayəndəsi Lahdar Brahimidən onların maraqlarını müdafiə etməyi ya da beynəlxalq arenada bitərəf qalmağı tələb edib.
“Koalisiya bildirir ki, Suriya xalqının anlayışına görə, BMT və ƏDL xüsusi nümayəndəsinin missiyası xalqın qanuni səylərinin reallaşdırılması və əzablarının azaldılmasından ibarət olmalıdır və ya o, ən azından neytrallığını qorumalıdır”, - deyə koalisiyanın yaydığı bəyanatda bildirilir.
Koalisiya bir gün əvvəl Cenevrədə Rusiya və Amerika diplomatları ilə görüş başa çatdıqdan sonra Suriya üzrə “Cenevrə-2” konfransının çağırış vaxtının müəyyənləşdirilməsinin Suriyadakı müxalifət qrupları arasında ziddiyyətlərə görə təxirə salındığını bildirmiş L.Brahimini tənqid edib.
Suriya müxalifətinin nümayəndələri şənbə günü İstanbulda görüşmək niyyətindədirlər. Görüşdə sülh danışıqları prosesində iştirak məsələsi müzakirə olunacaq.
Vaşinqton ümid edir ki, görüşdə SİMQMK beynəlxalq konfransda iştirak etmək haqda qərar qəbul edəcək.
“Biz ümid edirik ki, Suriya müxalifət koalisiyası noyabrın 9-da müsbət qərar qəbul edəcək”, - deyə Amerikanın yüksək vəzifəli nümayəndəsi RF və ABŞ diplomatlarının L.Brahimi ilə görüşündən sonra bildirib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət