Noyabrın 20-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyinin Müdafiə Nazirləri Şurasının 65-ci iclasında iştirak etmək üçün Moskva şəhərinə yola düşüb. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verir.
MDB Müdafiə Nazirləri Şurasının işində Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Özbəkistan və Ukraynanın Müdafiə nazirliklərinin nümayəndə heyətləri iştirak edəcəklər.
İclasın gündəliyinə əsasən, iştirakçılar müdafiə sahəsində əməkdaşlığa dair 20-dən artıq məsələyə baxacaqlar.
2013-cü ildə Şuranın işçi orqanlarının fəaliyyətinin nəticələri, coğrafi məkanla bağlı məlumatların operativ mübadiləsi sahəsində əməkdaşlıq, silahlı qüvvələrdə dövlət tanıma sistemi vasitələrinin tətbiqinin yoxlanılması, aviasiya texnikasının nasazlıqları haqqında informasiyanın toplanması və mübadiləsi qaydaları, mühəndis silahlandırma vasitələrinin modernləşdirilməsi və təmiri, onların ehtiyat hissələrinin tədarük edilməsi məsələlərində qarşılıqlı əlaqələrə dair mövzuların müzakirəsi planlaşdırılır.
Həmçinin MDB dövlətlərinin Müdafiə nazirliklərinin radiasiya, kimyəvi və bioloji vəziyyət üzrə birləşdirilmiş nəzarət və qiymətləndirmə sisteminin yaradılması, operativ və döyüş hazırlığı üzrə birgə tədbirlərin hidrometeoroloji təminatı, eləcə də Müdafiə nazirliklərinin və təhlükəsizlik orqanlarının xüsusi xidmətlərinin terrorçuluğa qarşı fəaliyyət sahəsində mütəxəssislərin hazırlığı və ixtisaslarının artırılmasının təşkilində qarşılıqlı fəaliyyəti müzakirə olunacaq.
Bundan başqa, müdafiə nazirləri MDB-yə üzv dövlətlərin Müdafiə nazirliklərinin ali hərbi təhsil müəssisələrinin kursantlarının olimpiadasının keçirilməsi, 2014-cü ildə Müstəqil Dövlətlər Birliyinin dost ordularının XI spartakiadası çərçivəsində idman növləri üzrə çempionatların keçirilməsi, MDB-nin beynəlxalq təhlükəsizlik üzrə Treninq Mərkəzinin təşkili məsələləri də gündəmdə olacaq.
2014-cü ildə MDB-yə üzv dövlətlərin hava hücumundan müdafiə üzrə birləşmiş sisteminin birgə tədbirlərinin keçirilməsi nəzərdə tutulacaq.
İclasda bir sıra maliyyə, kadr və prosedur məsələləri ilə bağlı qərarların qəbul edilməsi planlaşdırılır.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət