2013-cü ildə Azərbaycanda insan alveri ilə bağlı təxminən 20 fakt qeydə alınıb. Bu barədə Azərbaycan Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi Cavad Şıxəliyev ATƏT-in Bakı ofisinin təşkil etdiyi “İnsan alveri qurbanlarının müdafiəsi mexanizmləri”nə həsr olunmuş beynəlxalq seminarda məlumat verib.
"Bu il insanların cinsi istismarı ilə bağlı 15 və qul əməyindən istifadə ilə bağlı 4 fakt qeydə alınıb", - deyə C.Şıxəliyev bildirib.
Onun sözlərinə görə, Azərbaycanda xarici vətəndaşlar da insan alverinin qurbanı olublar, onlardan iki nəfərinə Azərbaycan hakimiyyəti tərəfindən miqrant statusu verilib.
"Son illərdə Azərbaycanda insan alveri ilə bağlı cinayətlərin sayında azalma müşahidə olunur. Əgər bir neçə il əvvəl Azərbaycanda insan alveri ilə bağlı törədilən cinayətlərin sayı 80-85 təşkil edirdisə, zaman keçdikcə onların sayı ildə 70-60-a qədər azalıb, bu gün isə 15 cinayət təşkil edir", - C.Şıxəliyev qeyd edib.
Onun sözlərinə görə, insan alveri ilə bağlı faktların azalması tendensiyası ölkədə mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsinə böyük diqqətin yetirilməsi ilə əlaqədardır.
"Hazırda Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə 2010-2014-cü illəri əhatə edən ikinci Milli Plan həyata keçirilir. 2014-2018-ci illəri əhatə edən üçüncü Milli Plan isə artıq hazırdır və təsdiq olunmaq üçün Nazirlər Kabinetinə təqdim olunub", - deyə C.Şıxəliyev bildirib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət