İranın Azərbaycandakı səfirliyi Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış səfirliyin Mədəniyyət Mərkəzinin nümayəndəsinin polis bölməsindən tez buraxılmasına görə Azərbaycan XİN-ə təşəkkür edib.
“Biz səfirliyin Mədəniyyət Mərkəzinin maliyyə şöbəsinin rəisi Əhməd Əhmədzadənin polis bölməsindən tez buraxılmasına görə Azərbaycan XİN-ə təşəkkür edirik”, - deyə İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin jurnalistlərə bildirib.
Diplomatın fikrincə, Azərbaycan Dövlət Miqrasiya Xidmətinin işçiləri çox güman ki, Ə. Əhmədzadənin xidməti pasporta malik olduğunu bilməyiblər. “Ümid edirik ki, müvafiq tədbirlər görüləcək və belə hallar bir də baş verməyəcək”, - deyə səfir qeyd edib.
Diplomat bir neçə gün əvvəl İsrailin Azərbaycandakı səfirliyi qarşısında saxlanmış İran vətəndaşı Həsən Fərəci ilə bağlı məsələyə də toxunub. “H.Fərəcinin məsələsi ilə səfirliyin vəkili məşğul olur. Səfirlik ittihamın (İsrail səfirliyinə qarşı terror aktı hazırlama - İF-Az) onun üzərindən götürülməsi üçün səyləri davam etdirilir. Araşdırmalar göstərir ki, H.Fərəci Azərbaycanda ticarətlə məşğul olub. Onun həbs edilməsi anlaşılmazlıqdır”, - deyə o qeyd edib.
Səfir xatırladıb ki, səfirliyin konsulluq şöbəsinin əməkdaşları onunla görüş keçirib, vəziyyətinin qənaətbəxş olduğunu bildiriblər.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Accessbank «Yaşıl dünya naminə həmrəylik ili» çərçivəsində ağacəkmə aksiyasına dəstək olub
NEQSOL Holding “Parla” təqaüd proqramı üçün xaricdə təhsil üzrə master-klas keçirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət