Multi-Family Office, ailə kapitalının gələcək nəsillər üçün saxlanılması və artırılması məqsədini daşıyan, imkanlı müştərilərin maddi ve qeyri maddi aktivlərinin idarə edilməsini təmin edən çoxistiqamətli sistemdir. “Bank “MBA-MOSKVA” Prestige Club MFO çərçivəsində private banking müştərilərinə aktivlərin idarə edilməsi, konsaltinq xidmətləri, immiqrasiya xidmətləri, vergi planlaşdırılması, alternativ investisiyalar və s. kimi sahələri əhatə edən xidmətlər təklif edir.
Bankın İcraçı direktoru, investisiya və özəl bank biznesi blokunun rəhbəri Fəqan Nağıyev iki il öncə Prestige Club brendi altında bankda private banking sahəsinin yaradıldığını bildirərək, qeyd edib ki, keçən müddət ərzində bankda “private banking” sahəsinin inkişaf templəri və maliyyə göstəriciləri bu sahəni bank üçün prioritet sahələrdən birinə çevirib. Biz hesab edirik ki, Multi-Family Office üzrə müştərilərimizə xidmətlərin göstərilməsi, bankımızda private banking sahəsinin inkişafının yeni və vacib mərhələsidir. Bu istiqamətdə müştərilərə keyfiyyətli xidmətlər təklif etmək məqsədi ilə, bank bu sahə üzrə ixtisaslaşan beynəlxalq şirkətlərlə əməkdaşlıq edir və bu fəaliyyət sahəsini daha çox inkişaf etdirmək niyyətindədir. Fəqan Nağıyev habelə qeyd edib ki, 19-cu əsrin sonlarında Amerika Birləşmiş Ştatlarında sənaye imperiyalarının yaranması ilə, sənaye maqnatlarına maliyyə və hüquq sahələrini mükəmməl bilən köməkçilər tələb olunurdu. Beləliklə ABŞ-da ilk klassik ailə ofisləri yaranmağa başladı. 1980-ci illərdə isə klassik ailə ofisləri birləşərək “Multi-Family Office”lər yaratdılar ki, bununla da “family office”lərin inkişafının yeni mərhələsi başladı. 2000-ci illərin sonlarında isə Rusiyda ilk “family office”lər yaranmağa başladı ki, bu da Rusiyada “onshore private banking”in inkişafına yeni təkan verdi.
“Bank “MBA-MOSKVA” MMC 2002-ci ildə Rusiyada Azərbaycan Beynəlxalq Bankının törəmə bankı olaraq fəaliyyətə başlayıb. Bank Rusiyanın TOP-150 ən böyük bankları sırasına daxildir.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət