Dünyada hər üçüncü uşağın doğum haqqında şəhadətnaməsi yoxdur. Bu barədə BMT-nin Uşaq Fondunun (UNICEF) məruzəsində deyilir.
“Doğumun qeydə alınması cəmiyyətin ilk dəfə uşağın şəxsiyyətini və onun varlığını tanımasıdır”, - deyə UNICEF-in icraçı direktorunun müavini Gita Rao Qupta jurnalistlərə bildirib.
Beş yaşadək olan 230 milyona yaxın uşağın doğulmasını təsdiqləyən sənəd yoxdur. Məruzədə qeyd edildiyi kimi, bu, uşaqları nəzarətsizlik və qəddar münasibət qarşısında daha zəif hala gətirir.
Təşkilatda əmindirlər ki, uşaqların qeydiyyata alınması ayrılmış ailələrin birləşməsinə də kömək edə bilər.
UNİCEF “uşaqların qeydiyyat sisteminin pulsuz və hər kəs üçün əlçatan olmasına çağırır”.
Uşaqların doğum qeydiyyatının ən zəif aparıldığı 10 ölkə siyahısına Somali (3%) Liberiya (4%), Efiopiya (7%) Zambiya (14%), Çad (16%), Tanzaniya Birləşmiş Respublikası (16%), Yəmən (17%), Qvineya-Bisau (24%), Pakistan (27%) və Konqo Demokratik Respublikası (28%) daxil edilib.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət