İşləyənlərin sosial sığortaya cəlb olunması məqsədi ilə onların qeydiyyatının aparılması ilə yanaşı mövcud iş yerlərində ödənilən əməkhaqlarının tam leqallaşdırılması da xüsusi ilə vacib şərtdir. Bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev işləyənlərin sosial sığortaya cəlb edilməsi ilə bağlı mövcud vəziyyəti şərh edərkən bildirib. DSMF sədri vurğulayıb ki, qeyd olunan problemlərin həlli məqsədilə Azərbaycan Respublikası Prezidenti tərəfindən ötən il konkret tapşırıqlar verilib və Fondun müvafiq orqanlarla birlikdə həyata keçirdiyi tədbirlər nəticəsində 600 mindən çox şəxs əlavə qeydiyyata alınmış, bununla da sığortaolunanların sayı 2 milyon 630 min nəfəri ötüb: “Lakin burada digər mühüm bir məqam da diqqətə alınmalıdır ki, xüsusilə əməkhaqlarının tam leqallaşdırılması problemi daha çox işəgötürən və işçi arasındakı sövdələşmədən irəli gəlir və bazar iqtisadiyyatı şəraitində dövlətin buna inzibati müdaxilə imkanları geniş deyil. Məhz bu səbəbdən beynəlxalq təcrübədə problemin başlıca həlli yolu sığortaolunanların fərdi uçotu sisteminin inkişafı hesab edilir. Başqa sözlə, hər bir işləyən şəxs qəbul etməlidir ki, sosial sığorta haqqı onun əməyinin dəyərinin bir hissəsidir və işçi qüvvəsinin təkrar istehsalı, sosial risklərdən qorunması məqsədilə xüsusi fərdi hesabda toplanır, hər il indeksləşdirilərək artırılır”.
E.Mehdiyev nəzərə çatdırıb ki, ötən dövrdə Azərbaycanda aparılan islahatlarla fərdi uçota və təkmil pensiya alqoritminə əsaslanan belə bir sistemin qurulması uğurla təmin edilib. Müxtəlif təbliğat vasitələrindən istifadə, eləcə də Fondun internet səhifəsi vasitəsilə hər bir şəxsə öz fərdi hesabında toplanan pensiya kapitalı barədə məlumatı maneəsiz əldə etmək imkanının yaradılması bu prosesin mühüm tərkib hissəsidir: “Fikrimcə, bütün bunlar perspektivdə işləyənlərin öz işəgötürənləri üzərində ictimai nəzarətə təşviq edilməsini daha da gücləndirəcəkdir”.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət