Bank VTB (Azərbaycan) tərəfdaş şirkətlərin əməkdaşlarına anında verilən kredit kartı – “Rahat kart” təklif edir. Belə ki, VTB (Azərbaycan) ilə tərəfdaş olan şirkətlərin əməkdaşları Bankın istənilən filialına yaxınlaşıb bərpa olunan kredit xətti ilə “Rahat kart”ı gözləmədən əldə edə bilərlər.
«Rahat kart»dan istifadəyə görə bank komissiyası tutulmur. Kart bir il müddətinə verilir. Müştərinin kart üzrə hesabat dövrü hər ayın 1-dən 30-dək nəzərdə tutulub.
Müvafiq bank məhsulunun tətbiqindən məqsəd, korporativ kanal üzrə cəlb olunmuş şirkətlərin əməkdaşları üçün, yəni fiziki şəxslər üçün bərpa olunan kredit xəttinin anında açılmasıdır.
Xatırladaq ki, Bank VTB (Azərbaycan) ASC-nin filiallarında müştərilərə xidmət zamanı və ya gözləmə salonlarında, müştərilər üçün pulsuz “WI-FI” xidməti mövcuddur.
Bank VTB (Azərbaycan) ASC-nin pərakəndə biznes İdarəsinin rəisi Tural Vəliyev: ““Rahat kart” kredit kartları pilot layihəmizdir və biz bu bazara aktiv daxil olmaq niyyətindəyik. Hazırda “Rahat kart”ı korporativ kanal vasitəsilə cəlb olunmuş şirkətlərin əməkdaşlarına təklif edirik. Belə ki, müvafiq kanalı az riskli və daha əlverişli hesab edirik. Gələcəkdə bu kartlar vasitəsilə kredit məhsullarının aktiv satışını planlaşdırırıq”.
Arayış üçün:
Bank VTB (Azərbaycan)
Bank VTB (Azərbaycan) ASC Bank VTB ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları Bank VTB ASC və “AtaHolding” ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznes, kiçik biznes və fərdi müştərilərə xidmətlər göstərir. Bu gün Bank 5 filial və Baş ofisdə yerləşən Müştəri xidmətləri idarəsi ilə təmsil olunub.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət