Erməni siyasətçiləri tarixi saxtalaşdırmağa vərdiş ediblər.Ermənistanın təhsil naziri Armen Aşotyanın Ermənistanı “Şərqi Ermənistan” adlandırmaq təklifinə də məhz bu nöqteyi nəzərdən yanaşmaq lazımdır. Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Fuad Axundov belə hesab edir.
“Xatırlatmaq istəyirəm ki, bir neçə il əvvəl Ermənistan Daşınmaz Əmlakın Kadastrı Dövlət Komitəsinin rəhbəri Manuk Vardanyan “Ermənistanda türk kökənli yaşayış məntəqlərinin adlarının dəyişdirilməsinin davam etdiyini açıq şəkildə bəyan edib.Bununla yanaşı, o utanmadan prosesin ləng getməsini erməni adlarını tapmağın çətinliyi ilə izah edib”,- deyə F.Axundov “İnterfak-Azərbayacn” agentliyinə bildirib.
“İndi təhsil naziri Armen Aşotyan “ bütün ölkənin adını bir anda dəyişmək olarsa ayrı-ayrı yaşayış məntəqlərinin adlarında xırdalıqlarla vaxt itirməyə nə gərək var” düşüncəsi ilə daha da uzağa gedib.Aydın məsələdir ki, indiki Ermənistan ərazisində Azərbaycan toponimlərinin erməniləşdirilməsi məsələsinin öhdəsindən Ermənistan rəhbərliyi uğurla gəlib, bircə qalıb ölkənin özünün adının dəyişdirilməsi.Görünür, Ermənistan hökuməti tarixi faktların inadkar olduğunu, ad dəyişikliyinin bir faydasının olmaycağını unudaraq ciddi şəkildə Cənubi Qafqazın tarixini dəyişdirmək fikrinə düşüb”,- deyə o bildirib.
F.Axundov qeyd edib ki, dövlətlərin müasir toponimləri dəyiçərək etnik köklərinə qayıtmalarında, hətta ölkənin adını dəyişməsində təəccüblü heç nə yoxdur. “Qazaxıstan prezidenti N.Nazarbayev bu yaxınlarda ölkəsinin adının dəyişdirilərək Qaza eli- qazaxların vətəni adını qoymaq təşəbbüsünü irli sürüb.Çünki qazaxlar 200 il əvvəl Cənubi Qafqaza yerləşdirilmiş ermənilərdən fərqli olaraq bu ərazilərdə min illərdir məskunlaşıblar”,- deyə F.Axundov vurğulayıb.
“Ermənistan hakimiyyətinin məntiqi başa düşüləndir. Axı onlar tarixi adlara qayıtsal ayrı-ayrı tponimlərin deyil, indiki Ermənistan Respublikasının yerləşdiyi bütün ərazisinin türk, Azərbaycan sivilizasiyasına məxsus olması üzə çıxacaq.Ona görə də onlar olmayan şeyləri uydurmalı olurlar”,- deyə o əlavə edib.
“Bu ölkənin adı dəyişdirilsə Ermənilərin fantaziyaları əsasında “Şərqi Ermənistan” deyil, tarixi faktlar əsasında İrəvan xanlığı adlandırılmalıdır”,- deyə F.Axundov vurğulayıb.
Onun sözlərinə görə, KİV səhifələrində erməni siiyasətçilərin dilindən indiki Ermənistan ərazisini və Azərbaycanın Naxçıvan, Qarabağ və digər rayonlarının əhatə edən “Şərqi Ermənistan” anlayışını eşitmək olar. “Xüsusilə təəcüblüdür ki, məhz həmin xülyaları təhsil nazirir ciddi şəkildə səsləndirir.Əslində xidmət illərinə baxılarsa, ziyalı insan olduğu düşünülən bu şəxs ağlasğmaz sayıqlamalarla öz xalqını aldatmamalıdır”,- deyə siyasətçi söyləyib.
“Əminəm ki, erməni xalqı bu yalana layiq deyil. Mütəxəssislərə çox yaxşı məlumdur ki, heç bir “Şərqi Ermənistan” dövləti olmayıb, bu imperiyaların tarixi Azərbaycan torpaqlarına iddialarını əsaslandırmaq üçün 19-cu əsrdə siyasi və tarixi elm təəfindən uydurulmuş şərti termindir “,- deyə o vurğulayıb.
F.Axundovun sözlərinə görə, ermənilərin “Şərqi Ermənistan” adlandırdığı ərazilərdə həqiqətdə əsrlər boyu azərbaycanlıların məskunlaşdığına dair çoxlu sayda tarixi materiallar var.
“Ermənilərə gəlincə, Rusiya mənbələrində dəfələrlə qeyd edildiyi kimi, onlar İran və Türkiyədən Qafqaz Azərbaycanına köçürülənlər arasında böyük əksəriyyət təşkil ediblər.Onlar Rusiyanın tərkibinə keçirilmiş İrəvan və Naxıvan xanlıqları ərazisində müvəqqəti yaradılmış Ermənistan vilayətini sürətlə özününküləşdirdilər ”,- deyən siyasətçi əlavə edib ki, yalnız XIX əsr ərzində Rusiya regiona İran, Türkiyə və Yaxın Şərqdən köçürülmüş 1 mln. erməni yerləşdirib.
Siyasətçinin sözlərinə görə, ermənilərin tarixi Azərbaycan torpaqlarına köçürülməsinin ardından indiki ermənistan ərazilərinin erməniləşdirilməsi siyasətinin mərhələləri başladıldı ki, bir sıra xarici alimlərin tədqiqatları da bunu təsdiq edir:1) Qafqaz Albaniyasının xristian abidələriunin erməniləşdirilməsi 2)Azərbaycan-müsəlman mədəniyyət və memarlıq abidələrinin məhv edilməsi 3) yerli Azərbaycan əhalisinin öz torpaqlarından qovulması 4) Azərbaycan toponimlərinin erməni toponimləri ilə əvəz edilməsi.
“Real tarixi səlnamələrin əvəzinə Qafqaza gəlmə xalq olan ermənilər tərəfindən onların burda yerli xalq olmasını bildirən yeni “tarix” yazıldı.Buna görə də bütün sivil dünyanın özünün qədim ənənələrinə qayıtması şəraitində ermənilərin yeni adlar uydurmaq məcburiyyəti tamamilə qanunauyğundur”,- deyə o bildirb.
F.Axundov A.Aşotyanın təşəbbüsünə qayıdaraq deyib ki, “görünür, Ermənistanın təhsil naziri Rusiya arxivlərində Cənubi Qafqazın xristian irsinin erməniləşdirilməsi mənzərəsini tam şəkildə təsvir edən çoxlu sayda sənəd və məktubların olmasından xəbərsizdir.Söhbət Alban Avtokefal Kilsəsi ləqv edildikədn sonra qalan alban məbədlərindən gedir”.
“Ümumiyyətlə, ermənilərin səylə yaratdıqları “Şərqi Ermənistan” xülyası fakt və mənbələrin təzyiqinə davam gətirməyərək dağılana qədər çoxlu faktlar gətirmək olar.Bu arada erməni saxtakarlığı ideoloqları da sakit dayanmayacaq əfsanəvi “Şərqi Ermənistan”ın sərhədlərinin Azərbaycan ərazilərinin daha dərinliklərinə qədər genişləndirilməsini əsaslandırmağa çalşacaqlar.
Saxtalaşdlırmaya bu qədər səy göstərən erməni təbliğatçıları öz sevdikləri işlə- yeni tarix yazmaqla məşğuldurlar.İrəvan xanlığı torpaqlarını “Şərqi Ermənistan” adlandırdıqdan sonra Qarabağ xanlığını “Uzaq Şərqi Ermənistan” adlandılrsalar mən buna təəccüb etmərəm”,- deyə F.Axundov qeyd edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət