Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə əməkdaşlığa dair Memorandum imzalayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri imzalanma mərasimindən məlumat verib.
Sənədləri çərşənbə axşamı əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, SOCAR-ın prezidenti Rövnəq Abdullayev və ASK-nin prezidenti Məmməd Musayev imzalayıblar.
S.Müslümov qeyd edib ki, imzalanan sənədlər işçilərin maraqlarının qorunması sahəsində, mövcud əmək qanunvericiliyi çərçivəsində fəaliyyətin həyata keçirilməsi, müvafiq sənədlər vasitəsilə əmək münasibətlərinin tənzimlənməsi, əməyin müdafiəsi, texniki təhlükəsizlik, kadrların hazırlanması və s. tələblərə riayət olunma sahəsində məsləhətləşməri nəzərdə tutur. “Bu mənada on minlərlə insanın çalışdığı SOCAR ilə əməkdaşlıq çox vacibdir. Bundan başqa, SOCAR-ın yüksək ixtisaslı kadrların hazırlanması ilə məşğul olan ən yaxşı tədris müəssisələri var”, - deyə nazir bildirib.
R.Abdullayev sənədi vaxtında imzalanan adlandırıb. “SOCAR böyük zavod və komplekslər inşa edir. Onların sayəsində on minlərlə insan işlə təmin olunacaq. Buna görə biz memoranduma əsaslanan bütün məsələləri həll etməliyik”, - deyə o qeyd edib.
SOCAR-ın prezidenti həmçinin kadrların çatışmazlığından gileylənib. “Mən hər zaman demişəm ki, bizdə işsizlik yoxdur, kadrların çatışmazlığı var. Bizi xüsusilə işçilərin çatışmazlığı narahat edir. Lakin, düşünürəm ki, bu problemi kadrların hazırlanması ilə məşğul olan Qobustanda yeni peşəkar məktəbin köməyi ilə həll etmək mümkün olacaq”, - deyə R.Abdullayev izah edib.
S.Müslümov R.Abdullayevin fikri ilə razılaşıb. O bildirib ki, “diplomu olan çox sayda insanlar var, lakin bizə ixtisaslı kadrlar lazımdır”.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
«Nar» Azərbaycanın bölgələrində İKT peşəkarlarını hazırlayır
Bakcell-in ölkə miqyaslı rebrendinq tədbiri Laçında yekunlaşdı
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət