Yaxın zamanlarda Azərbaycanın milli atlası buraxılacaq .Bu barədə çərşənbə günü Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov 2013-cü ilin yekunlarına həsr olunmuş kollegiya iclası çərçivəsində məlumat verib.
“Bu barədə 2011-ci il aprelin 20-də Azərbaycan prezidenti sərəncam verib”,- deyə o bildirib.
Q.Məmmədovun sözlərinə görə, 2007-ci ildə İrəvanda Ermənistanın Milli Atlası buraxılıb, bu atlasda Azərbaycanın işğal edilmiş torpaqları erməni əraziləri olaraq göstərilib.
“Bu saxtakarlıqdır və Azərbaycanın Milli Atlası bu həyasız yalanın ifşa olunmasına kömək edəcək”,- deyə komitə sədri bildirib.
O qeyd edib ki, Azərbaycanın Milli Atlasına 800-ə yaxın xəritə daxil ediləcək, 19 bölmə və 450 səhifədən ibarət olacaq.
“Atlasda Azərbaycanın coğrafi mövqeyi, relyefi heyvanlar və bitkilər aləmi, ekoloji vəziyyəti, tarixi, sənaye sahələri, mədəniyyət, təhsil və səhiyyə sahələri də əhatə olunacaq”- deyə Q.Məmmədov bildirib.
Onun sözlərinə görə Atlasa böyük və unikal xəritə komplekti daxil ediləcək
“Bundan başqa, erməni yalanına qarşı çıxmaq məqsədi ilə 2012-ci il aprelin 18-də dövlət başçısı “Cənuibi Qafqaz -1903-cü il” xəritəsinin yenidən nəşr edilməsinə dair göstəriş verib”,- deyə komitə sədri əlavə edib.
“Cənubi Qafqaz-1903-cü il” xəritəsi Azərbaycanda 2013-cü ildə nəşr edilib.
“Bu xəritənin əsas xüsusiyyəti nədir? Məsələ bundadır ki, ermənilər deyirlər k, guya Qafqazda aborigen xalq olublar.Lakin sözügedən xəritə bu yalanı ifşa edir”- deyə Q.Məmmədov bildirb. O qeyd edib ki, “Cənubi Qafqaz .1903-cü il” xəritəsinin iki xüsusiyyəti var.
“Birinci 1903-cü ildə Çar Rusiyasının Hərbi Xəritəçəkmə İdarəsi tərəfindən buraxılıb.İkincisi 1903-cü ilə qədər Qafqazda erməni toponimləri mövcud deyildi.Nə çay, nə dağ, nə yaşayış məntəqələrinin adları erməıni adları deyildi. Burda Azərbaycan və türk toponimləri mövcud idi. Ermənilər bir zamanlar indiki Türkiyə və İran ərazilərini əhatə edən torpaqlarda Xəzər dənizindən Qara dənizə qədər Böyük Ermənistan dövlətinin mövcud olmasını iddia edirlər.Lakin “Cənubi Qafqaz 1903-cü il” xəritəsi bunun həyasızcasına söylənmiş yalan olduğnu sübut edir”,- deyə Q.Məmmədov vurğulayıb.
O həmçinin deyib ki, Azərbaycan Ermənistanın beynəlxalq szviyyədə yaydığı yalan xəbərlərə qarşı fəal çıxışlar edir.
“Biz ““EuroGeographics” beynəlxalq təşkilatı ilə fəal əməkdaşlıq edirik.Məlum olduğu kimi, ermənilər işğal edilmiş Azərbaycan torpaqlarında Azərbaycan toponimlərini dəyişirlər.Misal üçün onlar Kəlbəcəri Karvaçar, Şuşanı Şuşu adlandırırlar.Azərbaycanın beynəlxalq səviyyədə göstərdiyi səylər nəticəsində bu toponimlər tanınmır”,- deyə komitə sədri vurğulayıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət