Azərbaycan Beynəlxalq Bankı (ABB) MDB Bank Sektorunun dəyərli üzvü olaraq, Dünya İqtisadi Forumunun nüfuzlu Maliyyə Xidmətləri üzrə Sənaye Tərəfdaşlığına qatılmışdır.
Maliyyə Xidmətləri üzrə Sənaye Tərəfdaşlığı 70-dən çox şirkətin, o cümlədən, banklar, sığorta şirkətləri, fond birjaları, reytinq agentlikləri, sərmaye idarəçiləri və kapital bazarının xidmət təminatçılarını birləşdirən
müstəsna şəbəkədir.
Azərbaycan Beynəlxalq Bankı İdarə Heyətinin sədri Cahangir Hacıyev bildirmişdir ki,
“Biz Dünya İqtisadi Forumunun fəaliyyətinə və dünya bank cəmiyyətinin yüksək təbəqələrini birləşdirən Maliyyə Xidmətləri üzrə Sənaye Tərəfdaşları üzvləri sırasına böyük qürur hissi ilə qatılırıq. MDB ölkələri və Xəzər regionunun biznes dairələri Forumdan güclü dəstək alır. Bu bizə sosial firavanlıq və stabillik ilə birlikdə sistemli və davamlı iqtisadi inkişafın inteqral problemlərini müəyyənləşdirməyə və həll etməyə birbaşa kömək edir”.
"Biz Azərbaycan Beynəlxalq Bankını Maliyyə Xidmətləri üzrə yeni Sənaye Tərəfdaşı simasında salamlamağa şadıq və yeni etibarlı üzv vasitəsilə MDB bank icması ilə daha sıx əməkdaşlıq etməyə ümid edirik” - Dünya İqtisadi Forumunun Maliyyə Xidmətləri üzrə Sənaye Tərəfdaşlıq Grupunun rəhbəri Giancarlo Bruno söyləmişdir.
DİF haqqında
Dünya İqtisadi Forumu müstəqil beynəlxalq təşkilatdır. DİF dünyada aktual olan qlobal, regional və sənaye məsələlərinin həllinə cəmiyyətin siyasi, elmi və digər liderlərini cəlb edir.
1971-ci ildə qeyri-kommersiya fondu kimi İsveçrənin Cenevrə şəhərində qeydə alınmışdır. DİF heç bir siyasi, gizli və ya milli maraqlara bağlı deyil.
ABB haqqında
Azərbaycan Beynəlxalq Bankı (ABB) 10 milyard ABŞ dolları aktivləri ilə Azərbaycanın və bölgənin ən iri bank və maliyyə xidmətləri qrupudur.
ABB Azərbaycan bank sisteminin sabitliyini, ölkənin sosial-iqtisadi inkişafı və dünya iqtisadiyyatına inteqrasiyasına dəstək verir.
ABB geniş çeşidli, yüksək keyfiyyətə malik bank xidmətlərindən səmərəli şəkildə istifadə etmək imkanı yaradan universal və yeni texnologiyalara arxalanan bankdır, ABB-nin Rusiya və Gürcüstanda törəmə müəssisələri və London, Frankfurt , Lüksemburq, Dubay və Nyu-Yorkda nümayəndəlikləri fəaliyyət göstərir. ABB Azərbaycan istehlakçıları və Azərbaycanın aparıcı qlobal korporativ və institusional müştəriləri üçün ən yeni texnologiyalar əsasında təhlükəsiz bank xidmətləri təklif edir. www.ibar.az
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət