ABŞ Konqresinin üzvləri Stiv Kohen və Vircinya Foks Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı Konqresdə bəyanatlarla çıxış ediblər. Bu barədə cümə axşamı Azərbaycanın Vaşinqtondakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib.
ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupun həmsədrlərindən olan S.Kohen bəyanatında Azərbaycanın Dağlıq Qarabağ regionun Xocalı şəhərində baş verən faciə barədə məlumat verib və Dağlıq Qarabağın hal-hazırda işğal altında olduğunu bəyan edib.
Konqresmen Azərbaycanı dünyanın önəmli bir regionunda ABŞ-ın güclü müttəfiqi kimi xarakterizə edib və ABŞ-ın Ermənistan-Azərbaycan münaqişəsinin həllində fəal iştirakının vacibliyini vurğulayıb.
Öz növbəsində, Konqresdəki Azərbaycan üzrə İşçi Qrupun üzvlərindən olan V.Foks bəyanatında Xocalı soyqırımının Ermənistan-Azərbaycan münaqişəsinin ən ağır faciəsi olduğunu və Amerika xalqının bu hadisəni yad etməsinin önəmini qeyd edib.
Xocalı şəhərində dinc sakinlərin kütləvi qətlə yetirilməsi Qarabağ müharibəsinin ən faciəvi hadisələrindən biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş SSRİ-nin Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının ağır texnika və şəxsi heyətinin dəstəyi ilə Xocalını zəbt ediblər. İndiyədək görünməmiş qəddarlıq nəticəsində 613 nəfər qətlə yetirilib, onlardan - 106 nəfəri qadın, 63-ü azyaşlı uşaq, 70-i qocalardır, 8 ailə tamamilə məhv edilib, 487 nəfər əlil olub, 1275 nəfər əsir götürülüb, 150 nəfər isə itkin düşüb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət