ABŞ, Rusiya və Fransanı təmsil edən ATƏT-in Minsk Qrupunun həmsədrləri 16-19 may tarixlərində Azərbaycanın işğal olunmuş torpaqlarına səfər zamanı regionda hər hansı demoqrafik dəyişikliklər müşahidə etməyiblər. Bu barədə vasitəçilərin ATƏT-in saytında dərc edilmiş bəyanatında bildirilir.
“Onların səfərində əsas məqsəd mandatlarına uyğun olaraq Dağlıq Qarabağ, Kəlbəcər və Laçında vəziyyətlə tanış olmaq idi. Bu regionlara səfər zamanı həmsədrlər infrastrukturda yaxşılaşma əlamətlərinin şahidi olublar. Lakin son illər ərzində əhalinin sayının dəyişməsini müşahidə etməyiblər”, - deyə məlumatda bildirilir.
Bundan başqa, vasitəçilər Sərsəng su anbarında olublar və yerli administrasiya ilə onun status və fəaliyyətini müzakirə ediblər. “Onlar ümid edirlər ki, tərəflər regionun maraqları naminə həmin su ehtiyatlarını birgə idarəetmə barədə razılığa gələcəklər”, - deyə məlumatda vurğulanır.
Məlumatda o da qeyd edilir ki, mayın 19-da həmsədrlər Tərtər rayonu yaxınlığındakı təmas xəttini keçiblər. Onlar atəşkəs rejiminin pozulması və insan tələfatı ilə nəticələnməsinə görə təəssüfləndiklərini bildiriblər. “Atəşkəs rejimi pozuntularının araşdırılması mexanizminin olmaması tərəflərin bir-birini ittiham etməsinə imkan verir”, - deyə vasitəçilər hesab edirlər.
Səfər zamanı həmsədrlər İrəvan və Bakıda rəhbərlik, həmçinin Dağlıq Qarabağ və Kəlbəcərdə de-fakto hakimiyyət və yerli administrasiyanın nümayəndələri ilə danışıqlar aparıblar, Laçında olublar. Onlar, həmçinin Bakıda Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndələri ilə də görüşüblər. “Görüşlərdə sülh prosesinin elementləri müzakirə olunub və vurğulanıb ki, 2009-2013-cü illərdə həmsədr ölkələrin prezidentlərinin bəyanatlarında öz əksini tapmış elementlər davamlı nizamlanmanın əsası olaraq qalır”, - deyə məlumatda qeyd olunub.
Məlumat verilib ki, səfərdə ATƏT-in Minsk Qrupunun həmsədrlərini fransalı diplomat Pyer Andre müşayiət edib. O, iyun ayında Fransanın indiki vasitəçisini əvəz edəcək.
Yerli avto nəqliyyat daşıyıcılarından növbəti uğur!
AccessBank QSC Prolongation of HPE equipments support 2024 üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
«Nar» komandası «Breyn Rinq» yarışının qalibi oldu
AccessBank yenilənmiş konseptli “20 yanvar” filialını istifadəyə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət