Azərbaycan ictimaiyyəti uşaq hüquqlarının müdafiəsi mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə səylərini birləşdirməlidir. Bu barədə Milli Məclisin vitse-spikeri Bahar Muradova bəyan edib.
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların reabilitasiyası, uşaqlara qarşı ayrı-seçkilik, təcavüz, məcburi əməyə cəlb olunma və erkən nikahların qarşısını almaq məqsədilə mövcud qanunvericiliyi təkmilləşdirmək lazımdır”, - deyə B.Muradova parlamentdə "Azərbaycanda uşaq problemləri: Reallıqlar və perspektivlər" adlı ictimai
dinləmə zamanı vurğulayıb.
Onun sözlərinə görə, dövlət bu istiqamətdə QHT-lərə dəstək göstərməlidir.
“Son illər ərzində Azərbaycanda uşaqlarla bağlı vəziyyət kifayət qədər yaxşılaşıb və ölkə parlamentinin bu sahədə böyük xidmətləri var”, - deyə UNICEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Hervard
bəyan edib.
Bununla yanaşı, o, bu sahədə mövcud problemlərin həlli üçün əlavə səylərin zəruriliyini qeyd edib.
“Biz dövlət müəssisələrində yaşayan və tərbiyə alan uşaqlara, kimsəsizlərə, erkən nikaha daxil olmağa məcbur edilən qızlara, uzun müddət uşaq koloniyalarında olmuş uşaqlara kömək etmək üçün yollar axtarıb tapmalıyıq”, - deyə M.Hervard
bildirib.
Onun sözlərinə görə, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi dövlət müəssisələrində yaşayan 3,5 mindən artıq uşağın ailələrdə tərbiyə almasına şərait yarada bilər. Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli qeyd edib ki, son illər ərzində uşaq hüquqları ilə bağlı 22 qanun qəbul edib, ölkə prezidentinin 45 fərman və sərəncamı, Nazirlər Kabinetinin 200-ə yaxın direktiv sənədi dərc edilib.
“Azərbaycan əhalisinin 30%-i uşaqlar, onların 300 mini isə məcburi köçkünlərdir. Beynəlxalq təşkilatlar BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş ərazilərinə dair qəbul etdiyi dörd qətnamənin icrası məqsədilə səy göstərməlidir”, - deyə H.Rəcəbli qeyd edib.
Azərbaycan parlamenti, UNİCEF, Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı tərəfindən keçirilən tədbir çərçivəsində “Uşaq hüquqlarını bilək və qoruyaq" mövzusunda rəsm sərgisi keçiriləcək. Qaliblərə diplomalar təqdim olunacaq.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət