Azərbaycan müxtəlif birliklərə, o cümlədən Avrasiya İqtisadi Birliyinə və Avropa İttifaqına daxil olmağı planlaşdırmır. Bu barədə Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev çərşənbə axşamı Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayevlə birlikdə Azərbaycan Diplomatik Akademiyasının tələbələri ilə görüşdə bildirib.
“Azərbaycan müxtəlif ittifaqlara daxil olmaq imkanlarını nəzərdən keçirmir, bu, istər Avrasiya İqtisadi Birliyi olsun, istərsə də Avropa İttifaqı, çünki bu layihələr həm iqtisadi tərkib hissələrə, həm də siyasi məqamlara malikdir”, - deyə Ş.Mustafayev vurğulayıb.
Nazir söyləyib ki, Azərbaycanın Rusiya ilə ticarət rejimi ilə bağlı problemi yoxdur, bu, rahat rejimdir.
Onun sözlərinə görə, RF Azərbaycana bir nömrəli məhsul idxalçısıdır, Azərbaycana idxal olunan məhsulların 14%-ə qədəri Rusiyanın payına düşür.
Ş.Mustafayev əlavə edib ki, Azərbaycan və RF arasında iqtisadi əməkdaşlığın inkişafı üçün əlverişli şərait yaradılıb.
A. Ulyukayev Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzvlüyünün iqtisadi üstünlüklərinə toxunaraq qeyd edib ki, bu, xidmət sahəsinin inkişafına müsbət təsir göstərəcək, insan resurslarının və investisiyaların azad hərəkətinə, xüsusilə kənd təsərrüfatı sahəsində iri investisiya layihələrinin yaradılmasına kömək edəcək. “Yəni imkanlar çox böyükdür”, - deyə o əlavə edib.
Rusiyalı nazir qeyd edib ki, əgər Azərbaycan hər hansı bir səbəbdən Avrasiya İqtisadi Birliyinə daxil olmağa maraq göstərmirsə, inteqrasiyanın digər köməkçi keçid formaları mövuddur”.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət