Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının iqtisadi gündəliyinin gücləndirilməsini təklif edir. Bu barədə rəsmi KİV-lər məlumat verir.
Bodrumda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısı çərçivəsində Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov belə bir təkliflə çıxış edib.
Ötən müddətdə Azərbaycanın sədrliyi altında təşkilatın fəaliyyəti barədə məlumat verən E.Məmmədyarov türkdilli ölkələr tərəfindən həyata keçirilən birgə iqtisadi layihələrin əhəmiyyətini qeyd edib. Təşkilatın iqtisadi gündəliyinin gücləndirilməsinin vacibliyini vurğulayan nazir növbəti dövr ərzində informasiya texnologiyaları sahəsində əməkdaşlığa diqqət ayırmağı təklif edib.
Öz növbəsində Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib ki, türkdilli ölkələr bir-biri ilə qırılmaz tellərlə bağlıdır.
Türkidilli ölkələr arasında çoxtərəfli əməkdaşlığın təmin edilməsinin vacibliyini vurğulayan Qırğızıstan xarici işlər naziri Erlan Abdıldayev söyləyib ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası böyük perspektivləri olan bir təşkilat kimi qarşıya qoyulan məsələləri bundan sonra da uğurla həll edə biləcək.
Təşkilatın təsis edildiyi andan bəri böyük inkişaf yolu keçdiyini qeyd edən nazirlər bildiriblər ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası türkdilli ölkələr arasında əməkdaşlığın genişləndirilməsi, tarixi əlaqələrin qorunması, eləcə də mədəni əlaqələrin inkişaf etdirilməsinə yönəlmiş böyük və məsuliyyətli bir missiya həyata keçirir.
İclasda, həmçinin TÜRKSOY-un baş katibi Düsen Kaseynov, Türkdilli Ölkələrinin Parlament Assambleyasının baş katibi Jandos Asanov, Beynəlxalq Türk Akademiyasının prezidenti Darhan Kıdırali və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncı iştirak ediblər.
Y.Əliyev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət