Son 10 ildə Azərbaycanın yol-nəqliyyat sektorunun inkişafına qoyulan investisiyaların ümumi həcmi $20 mlrd-ı ötüb. Bu barədə nəqliyyat nazirinin müavini Musa Pənahov cümə axşamı 13-cü Beynəlxalq nəqliyyat, tranzit və logistika sərgisinin (“TransCaspian 2014”) açılış mərasimində çıxış edərkən bildirib.
“Bu vəsaitlər nəqliyyatın bütün sahələrinin inkişafına, xüsusən yeni yolların inşasına və mövcud yolların yenidən qurulmasına, yeni hava və dəniz limanlarının tikintisinə, gəmi və təyyarələrin alınmasına yönəldilib”, - deyə o qeyd edib.
Nazir müavininin sözlərinə görə, son 10 ildə Azərbaycanda 9 min kilometrdən çox yeni yol çəkilib və mövcud yollar təmir edilib, 250 körpü və yol qovşağı tikilib, çoxlu sayda tanker, 4 bərə alınıb, yerüstü infrastrukturun hazırlanması üzrə işlər görülüb.
“Bütün bu işlər yerli və dünyanın aparıcı şirkətlərinin iştirakı ilə dövlət investisiyaları və kredit vəsaitləri hesabına həyata keçirilib”, - deyə M.Pənahov vurğulayıb.
O əlavə edib ki, 2015-ci ilin iyun ayında Bakıda keçiriləcək Birinci Avropa Oyunlarında iştirak edəcək idmançı və qonaqların qəbulu üçün yol-nəqliyyat infrastrukturunun hazırlanması üzrə işlər davam etdirilir.
N.Abbasova
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
«Nar» Azərbaycanın bölgələrində İKT peşəkarlarını hazırlayır
Bakcell-in ölkə miqyaslı rebrendinq tədbiri Laçında yekunlaşdı
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət