Ermənistan və Azərbaycanın dövlət başçıları arasında birbaşa dialoq davam etdirilməlidir. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib.
“Azərbaycan və Ermənistan prezidentləri arasında bərpa olunan birbaşa dialoqu davam etdirməyə çalışacağıq”, - deyə o, bazar ertəsi Ermənistan XİN başçısı Edvard Nalbandyanla danışıqların yekunları üzrə mətbuat konfransında bildirib.
Nazirin sözlərinə görə, Rusiya Dağlıq Qarabağ münaqişəsinin tezliklə nizamlanmasında maraqlıdır. “Biz problemin həlli üçün bazanın mövcudluğuna əsaslanırıq – bu, Rusiya, ABŞ və Fransa prezidentlərinin bəyanatlarında öz əksini tapmış prinsiplərdir”, - deyə S.Lavrov qeyd edib.
O əlavə edib ki, indi həmin prinsiplərin reallaşması üçün zəruri addımların ardıcıllığını razılaşdırmaq qalır.
“Prezidentlərin görüşləri nə qədər müntəzəm olarsa, danışıqlar prosesi bir o qədər dinamik olacaq”, - deyə RF XİN başçısı əmindir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət