Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko əmindir ki, ölkəsinin şərqində münaqişənin nizamlanması üçün, ilk növbədə siyasi iradə nümayiş etdirmək lazımdır.
“Bu gün biz ATƏT-in Minsk Qrupunun fəaliyyətinin nəticələrini görürük və ya deyək ki, görmürük. Bu ondan xəbər verir ki, həmin qrupların nümayəndələrinin siyasi iradəsi olsaydı, bu cür qruplar ola bilərdi”, - deyə diplomat “İnterfaks-Azərbaycan” agentliyinin sualına cavabında jurnalistlərə bəyan edib.
ATƏT Parlament Assambleyasının Bakıda keçirilən 23-cü sessiyasında yaradılan Bakı Qrupundan gözləntiləri barədə danışan A.Mişenko bildirib ki, əgər Rusiya tərəfinin siyasi iradəsi olarsa, bu böhranı bir neçə günə həll etmək mümkün olacaq.
“Bunun üçün Rusiya muzdluları təşviq etməməli, ora silah göndərməməli və separatçıları maliyyələşdirməməlidir. Bu səbəbdən bu gün Bakı Qrupu və ya danışıqlar üzrə qrup mövcud ola bilər, əsas odur ki, qrupun nümayəndələri bütün baş verənlərin qarşısını almaq üçün sözdə deyil, həqiqətdə qətiyyətli şəkildə fəaliyyət göstərməlidirlər”, - deyə o bəyan edib.
“Buna görə də indiki vəziyyətdə Bakı Qrupunun hansısa uzunmüddətli qərar və ya hadisə olacağı barədə danışmaq üçün hələlik əsas yoxdur”, - deyə o əlavə edib.
Həmçinin səfir qeyd edib ki, Ukrayna hər zaman danışıqlara hazırdır və ölkə hakimiyyəti bunu dəfələrlə nümayiş etdirib.
“Biz yalnız real nəticələrə gətirəcəyi halda istənilən formatda görüşməyə hazırıq. ATƏT PA-nın 23-cü sessiyasına gəlincə isə, mən Amerika tərəfinin qətnaməsinə daha çox diqqət ayırardım. Orada aydın şəkildə qeyd edilir ki, RF Ukraynada təcavüzkardır və Rusiyanı Krımın ilhaqına son qoymağa çağırır. Əgər bu qərarlar qəbul edilərsə, heç bir münaqişə olmayacaq və hər şeyi tezliklə nizamlamaq mümkündür”, - deyə o vurğulayıb.
Diplomat Ukraynanın şərq vilayətlərində güc tətbiqi fazasının yenidən başlaması məsələsinə də toxunub. O qeyd edib ki, bu, ölkə prezidenti Pyotr Poroşenkonun təklif etdiyi sülh planına separatçıların razılıq verməməsi ilə əlaqədar olub.
“Ukrayna tərəfinin atəşkəs elan etdiyi 10 gün ərzində 20-dən çox dinc sakin həlak olub və 100-dən artıq şəxs yaralanıb. Buna görə Ukrayna prezidenti antiterror əməliyyatlarının bərpasına dair qərar qəbul etmək məcburiyyətində qalıb. Hazırda bu qarşıdurmanın əsasını təşkil edən döyüşçü və terrorçular məhv edilir”, - deyə A.Mişenko vurğulayıb.
Onun sözlərinə görə, ölkənin şərqində Ukrayna vətəndaşları döyüşmürlər və mərkəzi hakimiyyətə qarşı qarşıdurmanın təşkilatçıları da onlar deyil.
“Bu, dünya birliyinə guya Ukraynada vətəndaş müharibəsinin baş verdiyi, əhalinin “ölkənin şərqində bəşəriyyətə qarşı siyasət yürüdən” Kiyevlə razı olmaması barədə yalan məlumatlar vermək məqsədi ilə Kreml tərəfindən uydurulmuş mifdir. Bütün bunlar hələ Sovet İttifaqı dövründən istifadə olunan yalan və təbliğatdır. İndi biz bugünkü variantda Rusiyanın SSRİ-nin tərkibinə daxil olmuş ərazilərin sovet üsulları ilə idarə edilməsini təbliğ etdiyinin şahidi oluruq”, - deyən diplomat əlavə edib ki, Ukrayna iradəsini özü ifadə edir və Ukrayna xalqı öz taleyini özü həll etmək hüququna malikdir.
O, ölkənin şərqində baş verən hadisələrlə bağlı mövzunu davam etdirərək qeyd edib ki, Ukrayna ordusuna Rusiyanın xüsusi xidmət orqanları və xüsusi bölmələləri qarşı durur.
“Həmin insanlara hər zaman pul qazanmaq məqsədi ilə bu cür fəaliyyət üçün toplaşan, müxtəlif milliyyətlərdən olan, həmçinin ukraynalı və rus muzdlular da qoşulublar. Onların sıralarına bir də hər ölkədə olan kriminal elementlər qatılır ki, onların da yalnız 10%-i RF-də daha yaxşı yaşaya biləcəklərini düşünürlər”, - deyə diplomat bildirib.
Səfir əmindir ki, Ukraynanın şərq vilayətlərində baş verən hadisələr Krım ssenarisinin davamıdır.
“Bu, hərbi təcavüzdür, Krımda həyata keçirilən siyasətin davamıdır. Rusiya bir tərəfdən bəyan edir ki, onların hərbi iştirakı yoxdur, digər tərəfdən biz tanklar, daşına bilən zenit raket kompleksi və başqa növ silah görürük. Onları mağaza və ya supermarketdən almağın mümkün olmasını düşünmək sadəlövhlük olardı”, - deyə o vurğulayıb.
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət