“NİDA” gənclər hərəkatının Bakı İstintaq təcridxanasında saxlanılan fəalı Şahin Novruzlu prezident İlham Əliyevə müraciət edərək əfv olunmasını xahiş edib. Bu barədə Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsi məlumat verir.
Ş.Novruzlu müraciətində bildirib ki, ötən bir il ərzində keçdiyi həyata nəzər salmağa imkanları çox olub.
“Düşünürəm ki, məhkum olmağım həyatımda ən böyük səhvdir. Mən bu səhvi düzəltmək üçün yenidən bir şans verməyi sizdən xahiş edir, daim göstərdiyiniz insanpərvərlik və humanizm prinsirlərinə söykənərək məni əfv etmənizi rica edirəm”,- deyə müraciətdə qeyd edilir.
Ş.Novruzlu hərəkatın əfv olunmaq üçün dövlət başçısına müraciət etmiş üçüncü fəalıdır.
Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində “NİDA” hərəkatının 7 üzvü barəsində Cinayət Məcəlləsinin 234.1 (narkotik maddələrin qanunsuz əldə edilməsi, saxlanılması və satılması) və 228.1-ci (silah, partlayıcı maddə və qurğuların qanunsuz əldə olunması, daşınması və gəzdirilməsi) maddələri ilə cinayət işi açılıb.
İstintaq zamanı fəallara Cinayət Məcəlləsinin 220.1-ci (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) maddəsi ilə əlavə ittiham irəli sürülüb.
Bu ilin may ayında Bakı Ağır Cinayətlər Məhkəməsində “NİDA” hərəkatının fəalları 6 ildən 8 ilə qədər həbs cəzasına məhkum ediliblər.
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət