Azərbaycan Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş üç Azərbaycan vətəndaşının taleyi ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) narahatlığını bildirib. Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
“Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş azərbaycanlılarla bağlı ilk gündən Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə bir neçə dəfə görüş keçirilib və girov götürülmüş şəxslərin taleyi ilə bağlı bu günə qədər heç bir məlumat olmadığından Azərbaycan tərəfinin narahatlığı qarşı tərəfin diqqətinə çatdırılıb”, - deyə komitənin cümə axşamı yaydığı bəyanatda bildirilir.
Komitənin məlumatında deyilir ki, bununla yanaşı, girov götürülmüş şəxslərlə bağlı hər hansı məlumatın əldə edilməsi üçün BQXK-nın fəaliyyətinin daha da gücləndirilməsinin vacibliyi vurğulanıb və bu istiqamətdə intensiv iş aparmalarının zəruriliyi diqqətə çatdırılıb.
Bütün bunların nəticəsi kimi Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən bir neçə foto əldə edilib və həmin fotolarda girov götürülmüş şəxslərdən birinin ermənilər tərəfindən öldürüldüyü ehtimal olunan Həsən Həsənov olduğu bildirilib.
“Ailə üzvləri, qohumları həmin fotolarla tanış olub və həmin şəxsin Həsən Həsənov olduğu təsdiq edilib. Bununla yanaşı, BQXK cəsədin qaytarılması ilə bağlı danışıqlar aparır. Lakin təşkilatın nümayəndələrinə bildiriblər ki, cəsədin həmin şəxsə (Həsən Həsənova - İF-Az) aid olduğunu dəqiqləşdirmək üçün əlavə köməkedici identifikasiya materiallarına ehtiyac var”, - deyə bəyanatda qeyd olunur.
Bundan başqa, vurğulanır ki, Dilqəm Əsgərov və Şahbaz Quliyevlə görüşün təşkil olunması və Həsən Həsənovun cəsədinin qaytarılması ilə bağlı görülən işlər prezident İlham Əliyevin nəzarətindədir.
Xatırladaq ki, Şahbaz Quliyev, Dilqəm Əsgərov və Həsən Həsənov (sonuncunun həyatda olması və ya ölməsinə dair müxtəlif məlumatlar var) bu il iyulun 10-da işğal altında olan Kəlbəcər rayonu ərazisində Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüb. Ermənistanın informasiya resursları iddia edirlər ki, bu şəxslər Azərbaycanın kəşfiyyat-diversiya qrupunun üzvləridir.
Azərbaycanın Müdafiə Nazirliyi isə onların respublikanın Silahlı Qüvvələrinə heç bir aidiyyətinin olmaması barədə bəyanat yayıb.
Beynəlxalq Qızıl Xaç Komitəsinin bəyanatına əsasən, təşkilat girov götürülən azərbaycanlılarla görüşün təşkil edilməsi üçün Ermənistan tərəfi ilə danışıqlar aparır. Lakin BQXK-nın Ermənistan hakimiyyətinə müraciəti indiyədək heç bir nəticə verməyib.
F.İsazadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət