Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (QMKİDK) sədri Əli Həsənov Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Deniz Durandan Ermənistan tərəfinin girov götürdüyü iki azərbaycanlının qaytarılması üçün fəaliyyəti gücləndirməyi tələb edib. Bu barədə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata əsasən, iyulun 30-da Ə.Həsənov BQXK-nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Deniz Duranla görüş zamanı “ciddi xəbərdarlıq edərək bildirib ki, təşkilat, ilk növbədə Həsən Həsənovun meyitinin qaytarılması və digər azərbaycanlıların azad edilməsi ilə bağlı fəaliyyətini gücləndirməlidir”, - deyə komitənin məlumatında deyilir.
Qeyd olunub ki, passiv fəaliyyət qaçqınlar və ölkə ictimaiyyəti tərəfindən beynəlxalq təşkilatlara inamsızlıq yaradır.
“Əgər bu gün Ermənistan tərəfi girovların və meyitin qaytarılmasında bu cür mövqe nümayiş etdirirsə, gələcəkdə hansı qarşılıqlı etimad əsasında qonşuluq etmək istəyindən söhbət açmaq olar”, - deyə komitənin mətbuat xidməti Ə.Həsənova istinadən bildirir.
Qeyd edilib ki, bu məsələ ilk gündən prezident İlham Əliyevin nəzarətindədir və Azərbaycan hökuməti bu problemin həlli ilə gündəlik məşğuldur.
İyulun əvvəlində Şahbaz Quliyev və Dilqəm Əsgərov işğal altında olan Kəlbəcər rayonu ərazisində Ermənistan silahlı birləşmələri tərəfindən girov götürülüb. Bundan başqa, erməni hərbçiləri tərəfindən öldürülən Azərbaycan vətəndaşı Həsən Həsənov barədə də məlumat verilib.
Ermənistanın informasiya resursları bu şəxslərin Azərbaycanın kəşfiyyat-diversiya qrupunun üzvü olduğunu iddia edirlər.
Öz növbəsində Azərbaycanın Müdafiə Nazirliyi onların respublikanın Silahlı Qüvvələrinə heç bir aidiyyətinin olmaması barədə bəyanat yayıb.
Girov götürülən azərbaycanlılar D.Əsgərov və Ş.Quliyevin ailələri onların azad edilməsinə köməklik göstərilməsi ilə bağlı Rusiya Federasiyasının prezidenti Vladimir Putin və bu ölkənin Azərbaycandakı səfiri Vladimir Doroxinə müraciət ediblər. Belə ki, D.Əsgərov və Ş.Quliyevin həyat yoldaşı Rusiya vətəndaşıdır.
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət