Dağlıq Qarabağın azərbaycanlı icması erməni icması ilə görüşün təşkil edilməsinə yardım etməsi üçün ATƏT-in sədrinə müraciət edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycanlı icmasının rəhbəri Bayram Səfərov məlumat verib.
“Biz icmaların görüşünün keçirilməsinə çalışırıq. Lakin bu məsələ təkcə bizdən asılı deyil. Bu, yalnız bizim səlahiyyətimizdə olsaydı, biz elə bu gün görüşüb hər şeyi erməni tərəfinə başa salardıq. Bununla əlaqədar biz görüşün təşkilinə yardım etməsi üçün ATƏT-in sədrinə müraciət etmişik”, - deyə B.Səfərov bəyan edib.
Onun sözlərinə görə, Ermənistanın indiki hakimiyyəti hər vəchlə bu cür görüşün təşkilinə mane olmağa çalışır.
“Əfsuslar olsun ki, Ermənistan hakimiyyəti azərbaycanlı və erməni icmalarının görüşünə əngəl törədir. Onlar bu və ya digər tərəfin nümayəndələrinin görüşərək hər hansı razılığa gəlməsini istəmirlər”, - deyə o vurğulayıb.
B.Səfərovun fikrincə, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının görüşü Ermənistanın indiki hakimiyyətinin sonunun başlanğıcı olacaq.
“İndiki hakimiyyətin əli azərbaycanlıların qanına bulaşıb. Təbii ki, belə hökumət sülhün bərqərar olmasına qarşı çıxacaq, çünki əgər sülhə nail olunsa, bu, həmin ölkənin rəhbərliyinin iflası olacaq”, - deyə Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri qeyd edib.
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət