Bazar ertəsi SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “SOCAR Yay Məktəbi 2014" layihəsinə start verib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri layihənin təqdimat mərasimindən məlumat verib.
SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov çıxışında qeyd edib ki, bu il iştirakçıların sayı 36-dan 50-dək artıb.
“2010-cu ildən indiyədək “SOCAR Yay Məktəbi” layihəsində iştirak etmək üçün 1230 nəfər müraciət edib. Onlardan 280 nəfəri isə 2014-cü ildə müraciət edib. Lakin layihənin icrası müddətində 192 nəfər iştirak hüququ qazanıb. 2012-ci ildən başlayaraq ARDNŞ “SOCAR Yay Məktəbi” layihəsinə tələbələrlə yanaşı, öz əməkdaşlarını da cəlb edir”, - deyə o bildirib.
“SOCAR Yay Məktəbi” layihəsi avqustun 13-dək davam edəcək. Məktəbin proqramında neft-qaz yataqlarının geologiya və geofizikası, qazma texnologiyaları, neft və qaz hasilatı, nəqli, saxlanılması, ekoloji normalar və alternartiv enerji mənbələri, neft məhsullarının satışı, neftin qiymətlərinin formalaşdırılması və s. mövzularda müzakirə və praktik məşğələlərin keçirilməsi nəzərdə tutulur.
“Layihə iştirakçıları komandalara bölünəcəklər. İlk 3 yeri tutan komandalar üçün “Yay Məktəbi” SOCAR-ın xaricdəki müəssisələrində davam etdiriləcək. Birinci yeri tutan komanda İsveçrəyə, ikinci yeri tutan komanda Türkiyəyə, üçüncü yeri tutuan komanda Gürcüstana göndəriləcək”, - deyə X.Məmmədov vurğulayıb.
N.Abbasova
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-dan ev təmiri üçün illik 9.5% ilə nağd pul krediti
«Nar» komandası «Breyn Rinq» yarışının qalibi oldu
AccessBank yenilənmiş konseptli “20 yanvar” filialını istifadəyə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət