“Bank of Baku”-nun strateji inkişaf proqramına uyğun olaraq, bankın paytaxt Bakıda yeni bir filialı fəaliyyətə başlayıb.”Yeni Günəşli” filialı bankın sayca artıq 25-ci filialıdır.
Yeni filialda müştərilərə çevik və rahat xidmət üçün peşəkar komanda, rahat xidmət sahəsi və müasir avadanlıq, ictimai nəqliyyat dayanacağının yaxınlığı, bankomat və ödəniş terminallarının fasiləsiz xidmət zonası yaradılıb.
Müştərilər ”Yeni Günəşli” filialında:
· istehlak kreditləri rəsmiləşdirə,
· kiçik və orta sahibkarlıq üçün kredit əldə edə,
· əmanət yerləşdirə,
· hesablaşma xidmətlərindən faydalana,
· pul köçürə,
· kredit və taksit kartları əldə edə
və bir çox digər xidmət və məhsullardan bəhrələnə bilərlər.
Filialın açılışı münasibətilə “Bank of Baku”-nun Baş Direktoru Fərid Əlizadə bildirib: “Günəşli və Yeni Günəşli müasir Bakının ilk və izdihamlı yaşayış massivlərindən biridir.Yeni filialın açılmasının mümkünlüyünü müəyyən edərkən biz bank xidmətlərinin şəhərimizin bu hissəsində təmsil edilmədiyinə fikir verdik. Müştəri və tərəfdaşlarımıza daha yaxın olmaq prinsipimizi rəhbər tutaraq, biz burada ən yüksək standartlara cavab verən filial təsis etmək qərarına gəldik.Eyni zamanda vurğulamaq istərdim ki, yeni filialda kiçik və orta sahibkarlığın kreditləşməsinə xüsusi diqqət yetiriləcək”.
Xatırladaq ki, 2013-cü ilin fevral ayında “Bank of Baku”-nun Müşahidə Şurası bankın strateji inkişaf proqramını təsdiq etmişdir. Proqramın əsas cəhətlərindən birini paytaxt və regionlarda filial şəbəkəsinin genişləndirilməsi təşkil edir. Ötən müddət ərzində bank tərəfindən Bakı və regionlarda 7 yeni filial açılıb. Nəticədə bankın filial şəbəkəsi 40% genişlənib. “Bank of Baku”-nun strateji inkişaf proqramının icrası davam etdiriləcək.
Yeni filial bu ünvanda yerləşir:Suraxanı rayonu,Yeni Günəşli qəsəbəsi, “D” yaşayış massivi,Günəşli küçəsi.“Bank of Baku”-nun yeni filialı bazar ertəsindən şənbəyə kimi 9.00-17.00 arası müştərilər üçün açıqdır. Bankın filialları nahar fasiləsiz işləyir.
“Bank of Baku”-nun ölkə boyunca filial şəbəkəsi barədə daha ətraflı burada: http://www.bankofbaku.com/az/network-of-offices/branches.html
Əlavə məlumat üçün:
145 Məlumat Mərkəzi
https://www.facebook.com/bankofbaku
Bank of Baku
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət