Sualları Türkiyənin Cənubi Qafqazda siyasəti üzrə ekspert, professor Kamer Kasım cavablandırır
- Seçkilərin yekunları üzrə Rəcəb Tayyib Ərdoğan prezident seçilib. Türkiyə liderinin vəzifəsinin dəyişməsi ilə əlaqədar ölkənin Cənubi Qafqazdakı xarici siyasətində hər hansı bir dəyişiklik gözləməyə dəyərmi?
- Türkiyənin Qafqazla bağlı xarici siyasətində radikal dəyişikliklərin olacağını düşünmürəm.
- 1915-ci il hadisələri məsələsində də Ankaranın mövqeyi barədə eyni fikri söyləmək olarmı?
- “Soyqırım” iddiaları ilə bağlı Türkiyənin mövqeyində heç bir dəyişiklik yoxdur. Ankara hər bir platforma çərçivəsində bu məsələyə dair mövqeyini qorumaqda davam edəcək.
- Bu, o deməkdir ki, Türkiyənin qonşu Ermənistanla sərhədlərin açılması məsələsi ilə bağlı siyasəti də dəyişməz qalır?
- Türkiyə-Ermənistan münasibətlərinə gəlincə, Dağlıq Qarabağ problemi həll olunmayana qədər Türkiyə bağlı sərhəd siyasətini davam etdirəcək. Türkiyə 1993-cü ildə Ermənistan qoşunlarının Azərbaycanın Kəlbəcər rayonunu işğal etməsindən sonra sərhədi bağlayıb. Və Qarabağ problemi həll olunmadan sərhədlərin açılması Türkiyənin mövqeyinə zidd olardı.
- Bəzi ekspertlər hesab edirlər ki, Qarabağ münaqişəsinin nizamlanması prosesinə bilavasitə Türkiyənin cəlb edilməsi nəticələr verə bilərdi. Siz bu barədə nə düşünürsünüz?
- Dağlıq Qarabağ probleminin həllinin tapılması Türkiyənin əlində deyil. Digər regional dövlətlər, habelə beynəlxalq təşkilatlar nizamlanmaya dair öhdəlikləri öz üzərinə götürməlidirlər.
- Sizcə, Azərbaycanın ərazi probleminin həlli üçün hansı tədbirlər görmək lazımdır?
- Hazırkı status-kvo davam edə bilməz və “dondurulmuş münaqişə”lər tammiqyaslı müharibəyə çevrilmək riskinə malikdirlər. Münaqişənin həllinin birinci mərhələsi Madrid prinsiplərinin reallaşdırılmasıdır. Bunun üçün Ermənistana real təzyiq göstərmək lazımdır.
- Bəzi məlumatlara əsasən, Ermənistanın regional layihələrə cəlb olunması münaqişənin nizamlanmasının tərkib hissələrindən biridir. İrəvana böyük mənfəətlər vəd edən bu addım erməniləri öz qoşunlarını Azərbaycan torpaqlarından çıxarmağa razı sala bilərmi?
- Hazırda elə görünür ki, regional infrastruktur layihələrindən kənarda qalması Ermənistanı narahat etmir. Bu səbəbdən ölkə öz irredentist siyasətini davam etdirir. Ermənistan yalnız Dağlıq Qarabağ problemi həll edildikdən sonra qlobal nəticələri olan regional layihələrin bir hissəsinə çevrilə bilər.
Söhbət etdi Fuad Hüseynzadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət