Caspian European Club (CEIBC) 2014-cü ilin ikinci yarısında (sentyabr - dekabr) nazirlik və dövlət qurumları rəhbərlərinin sədrliyi ilə biznes - hakimiyyət dialoqu çərçivəsində bir sıra forumlar təşkil edəcək.
Biznes-forumlar Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlovun, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun, Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Elman Rüstəmovun, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasovun, Azərbaycan Respublikası Maliyyə naziri Samir Şərifovun rəhbərliyi ilə keçiriləcək.
CEIBC-nin baş icraçı direktoru Telman Əliyev CEIBC-nin biznes-forumlarında iştirakına görə nazirlik və hökümət qurumları rəhbərlərinə minnətdarlığını bildirib. Onun sözlərinə görə, biznes-forumlar çərçivəsində iqtisadiyyatın müxtəlif sahələri üzrə şirkətlərin problem və təklifləri müzakirə olunacaq və onları maraqlandıran suallar cavablandırılacaq.
Biznes-forumların yekun nəticəsi olaraq CEIBC və dövlət qurumlarının birgə işçi qrupu çərçivəsində təkliflər hazırlanacaq və baxılmaq üçün hökumətə və parlamentə (Milli Məclisə) təqdim olunacaq.
CEIBC-nin tədbirlərinə Azərbaycanda fəaliyyət göstərən bütün aparıcı biznes-assosiasiyaların rəhbərləri dəvət olunacaqdır.
Biznes-forumlarda iştirak etmək istəyənlər club@caspianenergy.net elektron ünvanı vasitəsilə təşkilatçılarla əlaqə saxlaya bilərlər.
Əlavə məlumat üçün:
Tel/Faks: (+994 12) 447 02 36/38, 447 21 86/87
E-mail: info@caspianenergy.net; info@caspenergy.com
URL: www.caspianenergy.net;
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət