Azərbaycan Müdafiə Nazirliyi bir neçə gün əvvəl İran ərazisində Natanz uranı zənginləşdirmə mərkəzi yaxınlığında vurulan pilotsuz təyyarəyə aiddiyyəti olmadığını bildirir.
Xatırladaq ki, avqustun 24-də İran mətbuatı hərbçilərə istinadən bu ölkənin hava məkanında İsrailin “Hermes 450” tipli pilotsuz kəşfiyyat təyyarəsinin vurulması barədə məlumat yayıb.
“Bu tipli pilotsuz təyyarələr Azərbaycan Silahlı Qüvvələrinin silahlanmasında yoxdur”, - deyə nazirliyin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bəyan edib.
O, həmçinin vurğulayıb ki, bu cür bəyanatlar Bakı ilə Tehran arasında münasibətlərin korlanmasına yönəlib.
“Biz bu cür fərziyyələri təkzib edir və bəyan edirik ki, onlar ən yaxın qonşular (Azərbaycan və İran - İF-Az) arasında münasibətlərin pozulmasına yönəlmiş növbəti təxribatdır”, - deyə V.Dərgahlı bildirib.
İran mətbuatının məlumatına əsasən, pilotsuz təyyarə uranın zənginləşdirilməsi üzrə müəssisənin yerləşdiyi Natanz şəhəri ərazisində İslam İnqilabı Keşikçiləri Korpusunun qüvvələri tərəfindən vurulub.
Bu məlumatlardan dərhal sonra bir sıra Qərb KİV-ləri, həmçinin İsrailin “Canal 9” telekanalı bəyan ediblər ki, bu pilotsuz təyyarələr İsrail tərəfindən istehsal olunsa da, İranın qonşuları olan Azərbaycan, Gürcüstan və Qazaxıstanın Silahlı Qüvvələrinin silahlanmasındadır.
Xüsusilə vurulan təyyarənin Azərbaycan ərazisindən havaya qalxmasına dair fərziyyələr ortaya atılır və onu 2011-ci ildə Dağlıq Qarabağ üzərində erməni separatçıları tərəfindən vurulan pilotsuz təyyarə ilə müqayisə edirlər.
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət