Caspian Energy jurnalının Xəzər-Qara dəniz regionu və Avropa İttifaqı ölkələrinin qarşılıqlı iqtisadi əlaqələrinə, həmçinin regional nəqliyyat layihələrinə həsr olunmuş xüsusi buraxılışı işıq üzü görüb. Caspian Energy-nin bu nömrəsində Xorvatiya Respublikasının Prezidenti İvo Yosipoviçin eksklüziv müsahibəsi dərc olunub.
Jurnalda həmçinin Xəzər-Qara dəniz regionu ölkələri iqtisadiyyatının nəqliyyat sektorunun inkişafı ilə bağlı materiallar, Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun, Litva Respublikasının energetika naziri Yaroslav Neveroviçin, Xorvatiyanın Azərbaycan, Türkiyə, Əfqanıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistandakı Fövqəladə və Səlahiyyətli səfiri Drajen Xrastiçin, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Arif Əsgərovun, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) baş direktoru Elnur Abdullayevin, Grand Hotel Europe otelinin baş meneceri Kemal Eratayın müsahibəsi, eləcə də“Keçid dövründə risklərin G-Global formatında idarə edilməsi”VII Astana Iqtisadi Forumunun və II Dünya Antiböhran Konfransının yekunları yer alıb.
Caspian Energy jurnalı dünyanın 50 ölkəsində yayılır. Jurnalda MDB və Aİ dövlətlərinin prezident və baş nazirlərinin, o cümlədən nüfuzlu beynəlxalq təşkilatların, nəhəng transmilli şirkətlərin rəhbərlərinin müsahibələri, aparıcı ekspertlərin icmal və analitik materialları dərc olunur.
Caspian Energy jurnalının 2014-cü il ərzində işıq üzü görmüş əvvəlki nömrələrində Bolqarıstan Respublikasının Baş naziri Plamen Oreşarskinin, Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin, İsveçrə Konfederasiyasının Prezidenti Didye Burkxalterin, Çex Respublikasının Prezidenti Miloş Zeemanın müsahibələri yer alıb.
Müxtəlif qiymətləndirmələrə görə, Caspian Energy jurnalı Xəzər-Qara dəniz və Baltik regionlarının aparıcı nəşrlərinin ilk beşliyinə daxildir. Bir çox sərmayədarlar adları qeyd olunan regionlarda özlərinin fəaliyyətini müəyyənləşdirmək üçün bu nəşrdən oriyentir kimi istifadə edirlər.
Əlavə məlumat üçün:
Tel./Faks: (+994 12) 447 02 36/38, 447 21 86/87
E-mail: info@caspianenergy.net; info@caspenergy.com
URL: www.caspianenergy.net;
www.caspianenergy.org;
www.caspianenergyforum.com;
www.caspianenergy.info;
www.caspianenergy.photo;
www.caspianenergy.tv;
www.caspianenergy.co.uk;
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət