Ölkəmizin sığorta bazarında vəziyyət necədir?: “Alfa Sığorta” Şirkətinin İdarə Heyətinin üzvü Əli Qasımovla müsahibə
Ölkəmizin sığorta bazarında vəziyyət necədir?
Bazar, sığortanın bir çox növləri üzrə toplanmış mükafatların yaxşı artım tempi ilə inkişaf edir. Həmçinin, sığorta şirkətlərinin maliyyə sabitliyini artırmağa istiqamətlənən hüquqi baza da təkmilləşir. Qanunvericilikdə edilən digər dəyişikliklər eyni zamanda sığortalıların hüquqlarının genişlənməsinə, onların mənafelərinin qorunmasına və əhalinin sığorta bazarına olan inamının artırılmasına yönəlib. Elə bu səbəbdən də mükafatlar artmışdır ki, bu da ödənişlərin artmasının təzahürüdür. Sığorta şirkətlərinin müştəriləri sığortanın incəliklərini daha yaxşı anlayır, ən yaxşı şərtləri axtarır və öz maraqlarını daha yaxşı müdafiə edirlər. Beləki, mükafatların artım səbəbi, həmçinin, rəqabətli qiymətin və ödənişlər zamanı xidmətlərin səviyyəsinin daha yaxşı olmasıdır.
Bəs bank kreditləşməsinin həcminin azalması, məgər bu bazara təsir etmədi?
Bəli, kredit şərtlərinin sərtləşdirilməsi KASKO sığortası üzrə sığorta haqlarının həcminə mənfi təsir göstərir. Bu vəziyyət bizdən, sığortalanan avtomobilin kreditdə, girovda olması stereotipindən uzaqlaşmağa bir şans yaradır və avtomobillərin həqiqi mənada könüllü olaraq sığortalanmasına inamı artırır. Mövcud vəziyyət banklardan asılılığı aradan qaldırmaq üçün bir fürsətdir.
Nə etmək istəyirsiniz?
Biz pərakəndə satışı inkişaf etdirmək niyyətindəyik. Bu gün üzləşdiyimiz problemləri aradan qaldırmağa imkan verən yeni biznes modeli yaratmışıq.
Onun mahiyyəti nədir?
Bu, bazarın monitorinqi və tədqiq edilməsindən başlamış, yeni, tələbata uyğun məhsulların yaradılması, satış üsullarının təkmilləşdirilməsi və göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasına qədər olan tədbirlər məcmusudur.
Amma bunun üçün müvafiq kadr lazımdır ...
Bəli, bildiyiniz kimi kadrlar hər şeyi həll edir. Hazırlıqlı personal artıq müvəffəqiyyətin yarısıdır. Biz personalın cəlb edilməsinə başlamışıq və arzu edən hər kəsi müsahibəyə dəvət edirik. Əsas seçim meyarı iddialılıq, özünə inam və qazanmaq arzusudur. Bu tələbələr, təqaüdçülər, müxtəlif ixtisas, peşə və bacarıq sahibi olan insanlar ola bilər. Biz, onlara təlimlər keçib, təşkilati yardım göstərməklə işin incəliyini öyrədərik. Sığorta agenti, satış mütəxəssisi işləmək – özünü inamlı hiss etməyə və vergiləri ödəməklə ayda 10.000 manata qədər gəlir əldə etməyə imkan yaradır. Yeri gəlmişkən, siz əsas iş yerinizdən ayrılmadan bunu edə bilərsiniz və bu baxımdan bizə müxtəlif fəaliyyət növü ilə məşğul olan şirkətlərin menecerləri və satış şöbələrinin rəhbərləri maraqlıdır. Istehsalat, tikinti, nəqliyyat, rabitə və digər xidmət sahələrində - hər yerdə istehlakçının sığorta maraqları vardır. Bu qrupdan olan insanlarla işin qurulması bizim üçün çox perspektivli və qarşılıqlı faydalıdır. Bu əməkdaşlıq məlumat mübadiləsinə, bir-birinin kommersiya ərazisində çalışmağa, satışın təşkil edilməsinə və koobrending məhsullarının yaradılmasına kömək edər. Müvafiq olaraq bu münasibətlər tərəfdaşlarımızın gəlirlərinin və onların uğurla işlədikləri şirkətlərin satışının artmasına kömək edər. Biz satıcıları əməkdaşlığa dəvət edirik.
Mən əminəm ki, belə yanaşma şirkət üçün uğurlu olacaq və yeni inkişaf strategiyalarının istiqaməti olan yeni biznes modelin həyata keçirilməsinə gətirib çıxaracaqdır.
Təşəkkür edirəm.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət