Azərbaycanın İspaniyadakı səfirliyi bu ölkənin Xarici İşlər və Əməkdaşlıq Nazirliyinə nota göndərib. Bu barədə Azərbaycanın rəsmi mətbuatı məlumat verir.
Nota İspaniya mətbuatında bu ölkənin Bask vilayəti parlamentinin Avropa və xarici əlaqələr komitəsi tərəfindən qondarma “Dağlıq Qarabağ Respublikası”nın öz müqəddəratını təyinetmə haqqını dəstəkləyən qanun layihəsinə düzəlişlərin təsdiq edilməsinə dair məlumatın yayılması ilə əlaqədar göndərilib.
Qondarma “Dağlıq Qarabağ Respublikası”nın “xarici işlər naziri” Karen Mirzoyanın İspaniyanın Bask vilayətinə səfəri və keçirdiyi görüşlər zamanı qəbul olunan sənəddə “Dağlıq Qarabağ xalqı”nın öz müqəddəratını təyin etmə və qondarma “Dağlıq Qarabağ Respublikası”nın Ermənistan-Azərbaycan münaqişənin həlli istiqamətində gedən danışıqlara tərəf kimi qatılma haqqı qabardılır.
Rəsmi Madridə təqdim olunan notada vurğulanır ki, İspaniyanın yerli və regional rəsmiləri tərəfindən bu cür qətnamələrin qəbul edilməsi cəhdlərinin qarşısı alınmalıdır. Hər hansı belə qətnamənin qəbulu Azərbaycan Respublikasına qarşı qərəzli addım kimi qəbul oluna və müvafiq nəticələrə səbəb ola bilər.
Notada İspaniya hökumətindən Mirzoyan soyadlı şəxsin “Dağlıq Qarabağ Respublikası”nın “xarici işlər naziri” adı ilə bu ölkəyə səfəri, onun İspaniyaya hansı pasportla, haradan gəlməsini açıqlayan məlumat istənilib.
Sənəddə gələcəkdə İspaniya ərazisində bu cür səfərlərin və hərəkətlərin qarşısını almaq üçün müvafiq tədbirlərin həyata keçirilməsi tələb edilib.
Bu məsələnin müzakirəsi ilə bağlı sentyabrın 25-26-da Bask hökumətinin başçısı, Bask vilayəti parlamentinin sədri və Bask parlamenti fraksiyalarının rəhbərləri ilə görüş nəzərdə tutulub.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət