Xəzər Flotiliyasının “Dağıstan” və “Qrad Sviyajsk” raket gəmilərindən ibarət dəstəsi dəniz kommunikasiyalarının və dəniz iqtisadi zonasının mühafizəsi üzrə tapşırıqların yerinə yetirilməsi üçün dənizə çıxıb. Bu barədə Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat verir.
“Tapşırıqlar yerinə yetirilən zaman Xəzəryanı dövlətlər arasında beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi və inkişaf etdirilməsi məqsədi ilə gəmilər 3 Xəzəryanı dövlətin -Azərbaycan, İran və Qazaxıstan limanlarına dostluq səfərləri edəcək”, - deyə “İnterfaks”a çərşənbə günü daxil olmuş məlumatda bildirilir.
Məlumata əsasən, gəmilər Aktau limanına səfər zamanı Qazaxıstan Hərbi Dəniz Qüvvələri ilə dəniz kommunikasiyalarının və dəniz iqtisadi zonasının mühafizəsi üzrə birgə təlimlərdə iştirak edəcək.
Ötən il Rusiyanın və digər Xəzəryanı dövlətlərin hərbi gəmiləri 4 dəfə qarşılıqlı dostluq səfərləri edib. İran və Azərbaycanın Hərbi Dəniz Qüvvələrinin gəmiləri Həştərxan limanına səfər edib, “Dağıstan” raket gəmisi isə Bakı limanında qeyri-rəsmi səfərdə olub.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət