Türkiyənin cənub-şərqində kürd nümayişçilərlə polislərin toqquşması nəticəsində ən azı 12 nümayişçi həlak olub. Bu barədə Qərb KİV-ləri məlumat verir.
Nümayişçilər Suriya-Türkiyə sərhədinə yaxınlaşmış “İslam dövləti” döyüşçülərinə (İŞİD) qarşı yerüstü hərbi əməliyyyatlara başlamayan hakimiyyətin yürütdüyü siyasətə etiraz əlaməti olaraq aksiya keçiriblər.
KİV-lərin məlumatına əsasən, Diyarbəkir şəhərində 5 nəfər öldürülüb.
Bundan başqa, 2 nəfər Mardində, 2 nəfər Siyirtdə, 1 nəfər Batmanda, 1 nəfər Muşda öldürülüb.
İstanbul və Ankarada polis nümayişçiləri dağıtmaq üçün su şırnağı və gözyaşardıcı qazdan istifadə edib.
Nümayişlər kürdlərin Xalq Demokrat Partiyasının təşkilatçılığı ilə keçirilib.
Türkiyənin baş naziri Əhməd Davudoğlu daha əvvəl bəyan etmişdi ki, ölkə hakimiyyəti Suriyanın Kobani şəhərinin islamçılardan müdafiəsi üçün əlindən gələni əsirgəməyəcək.
Bununla belə, kürdlər ölkə rəhbərliyini Kobani şəhərini işğal etmiş İŞİD-ə qarşı konkret addımlar atmamaqda ittiham edib. Onların sözlərinə görə, Suriya ilə sərhəddə onlarla türk tankının olmasına baxmayaraq, hakimiyyət hərəkətə keçmir.
Suriya hüquq müdafiəçilərinin sözlərinə görə, son 3 həftdə Kobanidə döyüşlərdə ən azı 400 nəfər həlak olub, 160 min suriyalı qonşu Türkiyəyə sığınıb.
Dünən xəbər verilib ki, Türkiyə sərhədində yerləşən Kobani şəhərinə girmiş İŞİD qüvvələri ilə kürd döyüşçülər arasında döyüş gedir.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət