Bu il 20 illiyini qeyd edən “Bank of Baku” yubileyi münasibətilə əməkdaşlıq etdiyi media qurumları ilə görüş keçirib. Görüşə “Bank of Baku”-nun Müşahidə Şurası, İdarə Heyətinin üzvləri və bankın əməkdaşlıq etdiyi yerli media qurumlarının rəhbərləri və jurnalistlər qatılıblar.
Tədbir ötən əsrin əvvəlini xatırladan ab-havada təşkil olunmuş və qonaqları həmin dövrə uyğun geyimlərdə olan xanım və bəylər qarşılayırdı. Qasid isə milli mətbuatımızın ilk nəşri olan “Əkinçi” qəzetinin 2-ci buraxılışının surətini qonaqlara paylayırdı.
Tədbiri giriş sözü ilə açan “Bank of Baku”-nun Müşahidə Şurasının sədri Elçin İsayev qeyd etdi ki, bank 20 illik uzun bir yolu Azərbaycan mediası ilə birgə qət edib. Bankın tərəfdaşı olan kütləvi informasiya vasitələrinin hər zaman çeviklik, operativlik, etibarlılıq və işgüzar yanaşma nümayiş etdirdikləri bildirildi. Elçin İsayev media partnyorlarına illər boyu “Bank of Baku”-ya dəstək olduqlarına, uğurlu və qarşılıqlı əməkdaşlığa görə təşəkkür etdi.
Daha sonra tədbir iştirakçıları 19-cu əsrdən bu günə kimi Azərbaycan mətbuatının inkişafından, müxtəlif mərhələlərdə inkişaf tendensiyaları və cəmiyyətə verdiyi töhfələrdən bəhs edən kiçik metrajlı filmə seyr etdilər.
Tədbirdə Azərbaycan Milli Televiziya və Radio Şurasının sədrinin müvini Qafar Cəbiyev və Azərbaycan Mətbuat Şurasının sədrinin müavini Umut Rəhimoğlu iştirak etdilər. Öz çıxışında Umut Rəhimoğlu bankın bu təşəbbüsünü bəyəndiyini bildirdi və bütün tədbir iştirakçılarına yeni nailiyyətlər arzu etdi.
Daha sonra tədbirin qonağı tanınmış Türkiyəli jurnalist Güneri Civaoğlu çıxış etdi. Uzun illər Türkiyənin aparıcı qəzet və televiziya kanallarında çalışan Güneri Civaoğlu öz həyat və işgüzar təcrübəsi ilə, media uğurunun əsas amilləri ilə bölüşdü.
Daha sonra tədbir iştirakçıları “Bank of Baku”-nun 20 illiyi münasibətilə çəkilmiş yeni imic çarxının ilk seyrediciləri oldular. Lentə alınmış bu çarx bankın illər boyu hər zaman qorunan mənəvi dəyərlərindən bəhs edir.
Tədbirdə “Bank of Baku” ilə əməkdaşlıq edən yerli KİV rəhbərlərinə uğurlu əməkdaşlığa görə xüsusi diplomlar təqdim edildi. Tədbir konsert proqramı ilə başa çatdı. Populyar müğənnilər Tünzalə Ağayeva və Samira öz reperturlarından ən sevilən mahnıları ifa etdilər.
“Bank of Baku” hər zaman KİV-lərlə münasibətlərə yüksək diqqət yetirərək xüsusi önəm verib. “Bank of Baku” inanır ki, bu münasibətlər gələcəkdə də müsbət müstəvidə inkişaf edəcək. “Bank of Baku” bütün tərəfdaş kütləvi informasiya vasitələrinə bir daha təşəkkür edir.
Bank of Baku
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət