Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, bu gün dünyada ədalət prinsipi işləmir.
“Biz bilirik ki, dünyada ədalət prinsipi itib. Dünyada ədalət prinsipi yoxdur. Hər bir qüvvə yalnız öz maraqları əsasında hərəkət edir”,- deyə spiker Milli Məclisin plenar iclasında deputat Fazil Mustafa tərəfindən qaldırılmış Avropa Parlamentində separatçı Dağlıq Qarabağ rejimi ilə bağlı qrupun yaradılması barədə məsələyə münasibət bildirərkən qeyd edib.
O.Əsədov deputatın fikri ilə həmrəy olduğunu bildirərək, deputatları belə məsələlərdə daha diqqətli olmağa çağırıb.
“Mən Fazil Mustafanın narahatlığını başa düşürəm. Azərbaycan dəfələrlə beynəlxalq təşkilatların Azərbaycanın əleyhinə qəbul etdiyi qətnamə və qərarlara öz münasibətini bildirib. Ancaq xahiş edirəm, rəsmən təsdiq edilməmiş məsələlərin müzakirəyə çıxarılmasında ehtiyatlı olun. Avropa Parlamentinin separatçı qurumla dostluq qrupu yaratması barədə məlumat yalnız erməni mətbuatında çıxıb. Avropa Parlamentinin saytında bu barədə rəsmi məlumat yoxdur. Buna görə də rəsmən təsdiq edilməmiş məlumatı şərh etmək o qədər də vacib deyil”, - deyə O.Əsədov əlavə edib.
Milli Məclisin sədri deputatların diqqətini başqa məsələyə yönəldib.
“Mən ümid edirdim ki, bu gün deputatlar digər vacib məsələ ilə bağlı fikir bildirəcəklər. Avropa Şurasının Yerli və Regonal Hakimiyyətlərinin Konqresində Ukrayna və qonşu dövlətlərdəki separatçı rejimlər məsələsinə baxılıb. Orada Gürcüstan və Moldovanın adı çəkilib. Bu mənada Azərbaycanın adı xatırlanmayıb. Biz bu məsələni qaldırdıqdan sonra Azərbaycan separatçılıqdan əziyyət çəkən ölkələr siyahısına daxil edilib. Bu, bizim qələbəmizdir”, - deyə sədr əlavə edib.
Onun sözlərinə görə, müəyyən dövlətlər, dairələr və təşkilatlar Qarabağ məsələsindən oyuncaq kimi istifadə edirlər.
“Və biz buna hazır olmalıyıq. Dağlıq Qarabağın Azərbaycan icması bu məsələlərdə daha fəal olmalıdır”, - deyə O.Əsədov qeyd edib.
Deputat Fazil Mustafa cümə günü Milli Məclisin iclasında Avropa Parlamentində separatçı Dağlıq Qarabağ rejimi ilə dostluq qrupunun yaradılması məsələsinə reaksiya göstərməyin vacibliyini vurğulayıb.
“Avropa Parlamentinə müraciət göndərərək qeyd etmək lazımdır ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Onlar bu cür addımlara son qoymalıdırlar”, - deyə deputat bildirib.
Öz növbəsində Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, dostluq qrupunun yaradılması haqqında informasiya Ermənistan tərəfinin təxribatıdır.
R,Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət