“Sumqayıt Kimya Sənaye Parkı” MMC park ərazisində qeydiyyatın "bir pəncərə" sistemi ilə aparılması məqsədilə zəruri təşkilati işlərə start verib. Bu barədə İqtisadiyyat və Sənaye Nazirliyinin məlumatında deyilir.
“Sumqayıt Kimya Sənaye Parkının investorlar üçün cəlbediciliyinin daha da artırılması məqsədilə burada qeydiyyatın "bir pəncərə" sistemi ilə aparılması üzrə işlərə başlanılıb”, - deyə məlumatda bildirilir.
Bundan başqa, aparıcı ölkələrin təcrübəsinə əsasən Sumqayıt Kimya Sənaye Parkının ərazisində biznes inkubatorların fəaliyyətinin təşkili ilə əlaqədar İnkişaf Konsepsiyasının layihəsi hazırlanıb.
Məlumatda deyilir ki, Dövlət Gömrük Komitəsi ilə "Sumqayıt Kimya Sənaye Parkı" MMC arasında elektron sistemin inteqrasiya prosesi başa çatdırılıb. Vergilər Nazirliyi ilə də analoji proses üzrə işlər davam etdirilir.
Sumqayıt Kimya Sənaye Parkı ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şəraitin formalaşdırılması, bu sahədə sahibkarlığın dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə yaradılıb.
Sumqayıt Kimya Sənaye Parkının ərazisində neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabət qabiliyyətli məhsulların (işlərin, xidmətlərin) istehsalı və emalı müəssisələri yaradılacaq.
A.Axundov
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
«Nar» Azərbaycanın bölgələrində İKT peşəkarlarını hazırlayır
Bakcell-in ölkə miqyaslı rebrendinq tədbiri Laçında yekunlaşdı
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət