Avropa İttifaqı (Aİ) miqrasiya proseslərinin tənzimlənməsi, viza rejiminin sadələşdirilməsi və readmissiya sahələrində Azərbaycanın vacib tərəfdaşıdır. Bu sözləri Aİ-nin Bakıdakı nümayəndəsi Malena Mard deyib.
“Azərbaycan Aİ ilə viza rejiminin sadələşdirilməsi və readmissiya haqqında saziş imzalayıb və bizim məqsədimiz Bakıya bu proseslərin təkmilləşdirilməsində kömək göstərməkdir”, - deyə M.Mard “Azərbaycanda miqrasiya və sərhəd idarəçiliyi üzrə potensialın gücləndirilməsi” layihəsinin təqdimatında bildirib.
O qeyd edib ki, Aİ bu istiqamətdə ən qabaqcıl təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır.
Layihənin ümumi dəyəri 3,2 mln. avro təşkil edir, bu məbləğdən 2,6 mln. avro Aİ tərəfindən təmin edilir”,- deyə M.Mard qeyd edib.
“Layihənin həyata keçirilməsi 2017-ci ildə başa çatdırılacaq. Ümid edirik ki, layihə Azərbaycanda bu sahədə mövcud olan bütün problem və çətinlikləri həll etməyə kömək edəcək”,- deyə o bildirib.
Onun sözlərinə görə, layihənin dörd əsas məqsədi var.
“Layihə readmissiya və viza rejiminin sadələşdirilməsi proseslərinin təkmilləşdirilməsi üçün səmərəli mexanizmlərin və miqrasiyanı idarəetmə potensialının yaradılmasına, sərhəd idarəçiliyi sahəsinin gücləndirilməsinə, insan alveri, qanunsuz miqrasiya və mütəşəkkil cinayətkarlıqla mübarizədə daha səmərəli əməkdaşlığın təmin olunmasına yönəldilib”, - deyə M.Mard vurğulayıb.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət