Azərbaycan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarına hörmət edir və onların rasional tətbiqi üçün lazımi tədbirlər görür. Bunu Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov "İnsan hüquqları və əsas azadlıqları haqqında Avropa Konvensiyasının ölkədaxili tətbiqində milli hakimlərin rolu" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
F.Ələsgərov qeyd edib ki, prezident İlham Əliyev ölkənin Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi dövründə Azərbaycanın prioritetlərini müəyyən edib. Bunların sırasında qanunun aliliyinin və insan hüquq və azadlıqlarının təmin edilməsi də yer alır.
Onun sözlərinə görə, Azərbaycan Avropa Şurasının Nazirlər Komitəsində hazırkı sədrliyi dövründə Avropa dəyərlərinin təbliğinə yönəlmiş konfrans və seminarlar təşkil edib.
“Milli məhkəmələr Konvensiyanı məhkəmənin presedent hüququ kimi nəzərə almalı, şikayət və müraciətlərin sayının azalması üçün öz işlərini təkmilləşdirməlidir”, - deyə o əlavə edib.
Şöbə müdiri qeyd edib ki, Azərbaycanda Konvensiyanın müddəalarının yerinə yetirilməsi üçün bir sıra istiqamətlərdə - məhkəmə infrastrukturunun optimallaşdırılması və müasirləşdirilməsi, Avropa dəyərlərinə yönəlmiş sosial innovasiyaların tətbiqi sahəsində səmərəli tədbirlər həyata keçirilir.
“Obyektiv, qərəzsiz qərarların qəbul edilməsində əsas məsuliyyət məhz məhkəmə orqanlarının üzərinə düşür. Azərbaycanda məhkəmə sisteminin müstəqil fəaliyyəti müasir tələblərə uyğun olaraq təmin edilir”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, Məhkəmə-Hüquq Şurasının yaradılması və fəaliyyətinin təkmilləşdirilməsi, eləcə də Ədliyyə Akademiyasının yaradılması, hakimlərin seçilməsi üzrə yeni və şəffaf prosedurların olması Avropa institutları tərəfindən yüksək qiymətləndirilir.
F.Ələsgərov bildirib ki, Azərbaycanda gənc kadrlar hakim vəzifəsinə təyin edilirlər. Onlar məhkəmə hakimiyyətinin kadr potensialının 60%-ni təşkil edirlər.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət