Bu günlərdə "Azər-İlmə"nin "Azərbaycan xalçaları bütün qrupları ilə" adlı layihəsinin davamı olaraq nəfis tərtibatlı "İrəvan xalçaları" broşürü rus və ingilis dillərində işıq üzü görmüşdür. Layihənin rəhbəri əməkdar incəsənət xadimi, professor Vidadi Muradovun sözlərinə görə, "Azər-İlmə"də Azərbaycan xalçalarının bütün qrupları üzrə tarixi-etnoqrafik, sənətşünaslıq tədqiqatları uğurla davam etdirilir. İndiyədək tədqiqatların nəticələri kitablar, bröşürlər, televiziya verilişləri, tele-filmlər, jurnallar vasitəsilə ictimaiyyətə çatdırılmışdır. Yeni "İrəvan xalçaları" bröşürü oxucuları Qərbi Azərbaycan bölgəsinin tarixi, əhalisinin məşğuliyyəti, təsərrüfat sahələri, həmçinin bu torpaqların əzəli sakinləri olan Azərbaycan türklərinin əsas sənət sahələrindən biri olan xalçaçılığın ənənələri, burada toxunan xalçaların sənətkarlıq xüsusiyyətləri, onların Azərbaycanın digər xalça qruplarına aid nümunələrlə oxşar və fərqli cəhətləri ilə tanış edir. Broşürə Qərbi Azərbaycan tarixinə dair müxtəsər məlumat, xəritələr, eyni zamanda XVIII əsrin II yarısı-XX əsrin I yarısına aid müxtəlif kompozisiyalı xovlu, kilim, zili kimi xovsuz xalçalar, xurcun, məfrəş, duzqabı, yəhərüstü kimi məişət əşyalarının fotoşəkilləri də əlavə edilmişdir. Broşürün ingilis dilində olan variantı Nyu-Yorkun "Hudson Publishing" Nəşriyyat evində çap olunmuşdur.
Broşürün rus və ingilis dillərində işıq üzü görməsi Azərbaycan həqiqətlərinin dünyada təbliği işinə böyük töhfədir. Bröşürün xarici ölkə səfirliklərinə, dünya kitabxanalarına, universitetlərinə, muzeylərinə, nüfuzlu elmi tədqiqat mərkəzlərinə paylanması nəzərdə tutulur.
"Azər-İlmə"
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət