İŞİD-in (“İslam dövləti”) İran sərhədinə yaxınlaşmağa cəsarəti çatmaz. İranın xarici işlər nazirinin müavini İbrahim Rəhimpur belə hesab edir.
“Biz bu qruplaşmadan qorxmuruq. Əksinə, İŞİD-in İran sərhədinə yaxınlaşmağa cəsarəti çatmaz”, - deyə İ.Rəhimpur “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində bəyan edib.
“Əgər İsrail hökuməti bizdən qorxursa, sizcə, kiçik qruplaşmanın bizə yaxınlaşmağa cəsarəti çatar?”, - deyə o vurğulayıb.
İ.Rəhimpur vaxtı gələndə İŞİD-in məhv ediləcəyinə əmindir.
“İŞİD - zamanı gələndə məhv ediləcək saxta və zəif qruplaşmadır”, - deyə nazir müavini əmindir.
Onun sözlərinə görə, İŞİD-in yaradılmasında məqsəd Bəşər Əsəd hökumətinin məhv edilməsi və İraq dövlətinin zəifləməsi olub, lakin bu məqsədlərə baxmayaraq, həmin dövlətlər davam gətiriblər.
İ.Rəhimpurun sözlərinə görə, digər tərəfdən, bu gün İŞİD dünyanın 50 ölkəsinə təhlükədir və onun fəaliyyəti artıq Qərb ölkələrini narahat etməyə başlayıb.
İranın xarici işlər nazirinin müavini əmindir ki, bu qruplaşma onu maliyyələşdirən ölkələrə fəlakətlər gətirəcək.
“Əfsuslar olsun ki, regionun bəzi ölkələri bu qruplaşmaya həm maddi, həm də silahlı yardım etdi. Bir gün həmin qruplaşma ona yardım edən ölkələrin bəlasına çevriləcək”, - deyə İ.Rəhimpur vurğulayıb.
Müsahibənin tam mətni ilə www.interfax.az saytında tanış olmaq olar.
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət