Tehran öz nüvə obyektlərində heç bir plandankənar beynəlxalq yoxlamanın aparılmasına icazə verməyəcək. Bu barədə İran KİV-lərinə ölkənin Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi məlumat verib.
“Biz nüvə silahlarının yayılmaması haqqında müqavilənin və MAQATE-nin üzvüyük, agentliklə zəmanət haqqında saziş imzalamışıq və buna əməl edirik. Buna görə də bziim üçün xüsusi qaydalar qoymaq lazım deyil”, - deyə Ə.Ə.Salehi qeyd edib.
O bildirib ki, MAQATE-nin ekspertləri İranın nüvə obyektlərində yoxlama aparıblar. Bundan başqa, onun sözlərinə görə, MAQATE-nin kamerləri hər gün respublikanın nüvə obyektlərində monitorinq aparırlar.
İran və MAQATE İslam Respublikasının nüvə proqramının hərbi xarakter daşıması barədə şübhələri aradan qaldırmaq məqsədi ilə danışıqlar aparırlar. Agentliyin İranın Parçin vilayətindəki hərbi obyektə giriş icazəsi almaq cəhdləri uğursuzluqla nəticələnib. Beynəlxalq ekspertlərin fikrincə, İran tərəfi əvvəllər burada atom bombasının hazırlanması üzrə işlər aparıb.
MAQATE ilə müzakirələr İranın beynəlxalq vasitəçilərdən ibarət “altılıq”la danışıqları ilə paralel şəkildə aparılır. Bu danışıqlar İranın nüvə proqramının yalnız dinc xarakter daşımasına zəmanət verməsi ilə bağlı hərtərəfli sazişin hazırlanmasına yönəlib.
MAQATE-nin bu proqramla bağlı rəyinin hərtərəfli sazişin bağlanmasında böyük əhəmiyyəti olacaq.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət